İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.07.2018  09:46 

“Bizim yolumuz müstəqil Azərbaycana xidmət etməkdir” - Diaspor fəalı





A+  A-

“Biz Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) nümayəndələri olaraq dövlətimizin maraqlarına cavab verən bütün təşəbbüsləri dəstəkləyirik”.
XəzərNews.az AZƏRFAKS-a istinadən xəbər verir ki, bunu UABD-nin Nikolayev vilayət təşkilatının sədri Ələddin Məhərrəmov deyib. O qeyd edib ki, dövlətin diaspor siyasətində baş verən yenilikləri diqqətlə izləyir və Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbərliyindəki dəyişikliyin bu sahədə böyük irəliləyişlərə səbəb olacağına ümid edirlər: “Dövlətimizin başçısı, möhtərəm prezidentimiz İlham Əliyev diasporun inkişafı üçün hər cür dəstək göstərir. Biz xaricdə yaşayan azərbaycanlılar prezidentin bu siyasətini alqışlayır və fəaliyyətimizi birmənalı olaraq onun çağırışlarına uyğun şəkildə qurmağa çalışırıq. Ukrayna Avropanın böyük ölkələrindən biridir. Burada diasporumuzun güclü olması mühüm şərtdir. Xüsusən indiki həssas dönəmdə, dövlətimizə qarşı ayrı-ayrı ölkələrdən səsləndirilən təxribatçı çıxışlar diasporumuzun da mövqelərini zəiflədə bilər. Bu baxımdan, birgə fəaliyyətimiz ümumi evimiz olan Azərbaycanın davamlı inkişafına xidmət edər və bizə qarşı yönəlmiş qərəzli fikirləri zərərsizləşdirər. UABD həmişə bu xətti yürüdüb və təşkilatın nümayəndəlikləri qarşısında da məhz qeyd etdiyim strategiyaya uyğun öhdəliklər qoyulub”.

Ə.Məhərrəmov bildirib ki, artıq şəxsi maraqlara deyil, milli mənafelərə söykənən fəaliyyət nümunələri ortaya qoyulmalıdır: “Təəssüf ki, ötən illərdə bizim fəaliyyətimizə mənfi təsir göstərən süni manelərlə qarşılaşmışıq. Amma buna baxmayaraq milli maraqlarımız hər zaman fəaliyyətimizin ana xəttini təşkil edib. Aramıza nifaq salanlar Ulu Öndərimiz Heydər Əliyevin bizə ərmağan etdiyi azərbaycançılıq ideologiyasına zərbə vurmağa çalışıblar. Bu dövlət üçün, xalq üçün çalışan insanlar haqqında bəzən əsassız iittihamlar səsləndirən, müxtəlif şaiyələr yayan çarəsizlərin cəhdləri heç vaxt baş tutmayacaq. Bizim bir yolumuz var, o da müstəqil Azərbaycana xidmət etməkdir. Bizim üçün Azərbaycanın maraqları həmişə hər şeydən öndə olacaq”.

Xəbər 1541 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +