Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


21.01.2018  14:26 

Azərbaycanda “çürük banklar”ın sayı ARTIR





A+  A-

2014-cü ilin sonlarından başlayaraq neftin ucuzlaşması fonunda gəlirlərin azalmasının fəsadları ilk növbədə Azərbaycanın bank sektorunu vurdu. Bankların sayı 45-dən 30-a endi. 15 bank faktiki olaraq ölkədə baş vermiş devalvasiyanın “qurbanı” oldu. Nəticədə iqtisadi geriləmə başladı, kreditləşmə kəskin olaraq aşağı düşdü, xərclərin optimallaşdırılması siyasəti altında filial, kadr və maaş ixtisarları geniş vüsət aldı. Bankların aktivləri sürətlə azaldığı bir vaxtda passivləri artmağa başladı.
Ekspertlər yenicə daxil olduğumuz 2018-ci ildə də 10-a yaxın bankın bağlanacağı anonsunu veriblər.

İqtisadçı Vüqar Bayramov XəzərNews.az-a deyib ki, V.Bayramov deyib ki, bütövlükdə 10-a yaxın bankın sağlamlaşdırılmasına ehtiyac var:

“Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların sağlamlaşdırılması prosesinə kompleks yanaşmalıdır. “Çürük bank”ların sağlamlaşdırılması və konsolidasiya prosesinin dəstəklənməsi mütləqdir. Bizə daxil olan müraciətlər göstərir ki, artıq öz funksiyalarını tam və ya qismən yerinə yetirə bilməyən bankların sayı artır”.

Ekspert bildirib ki, üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməyən bankların fəaliyyət göstərməsi lüzumsuzdur.

Məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirib ki, hazırda bank sektorunun sağlamlaşdırılması prosesləri davam edir:

“Bununla bağlı banklar tərəfindən əlavə səhm emissiyası, öhdəliklərin kapitala transformasiyası və ya digər banklarla konsolidasiyası da daxil olmaqla işlər aparılır. Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlığının artırılması istiqamətində banklar tərəfindən görülən işləri dəstəkləyir və proseslərin prudensial həyata keçirilməsinə nəzarət edir. Aparılmış işlərin nəticəsi olaraq son iki ildə bank sektorunda kapitallaşmanın ən sağlam komponenti olan səhmdar kapitalı 1.1 milyard manat həcmində artıb”.

Rəsmi məlumatda qeyd olunub ki, manatın məzənnəsinin stabilləşməsi fonunda milli valyutaya inamın bərpası və əmanətlərin dedollarlaşması üzrə mövcud meyllərinin 2018-ci ildə də davam edəcək.

Xəbər 865 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +