İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.11.2017  16:57 

“Fatimədə təvazökarlığın “t”sı yoxdur“ - Ülvira





A+  A-

Rəqqasə Fatimə Fətəliyeva öz ünvanına təriflər yağdırıb.
XəzərNews.az-ın məlumatına görə, sənətçi “Günə son” verilişində rəqqasəlik üçün Tibb Universitetində aldığı təhsilini də yarımçıq qoyduğunu deyib:

“18 il əvvəl rəqslə bağlı addım atanda məni heç kim qəbul etmirdi. Səhnəyə gözəl qadın çıxdı və sevildi. Özümü məcbur sevdirmədim. Bu gün xalq artistləri var ki, məni bəyənirlər. Hətta məktəbim var, tələbə yetişdirirəm. Mən peşəkaram. Çox rəqqas və rəqqasələr var, amma alınmır. Eləsi var ki, məktəb bitirir, mağazada satıcı işləyirlər. Mənim bəxdim öz əlimdədir. Tibb Universitetini oxuyurdum, yarımçıq qoydum rəqqasə oldum”.

Rəqqasənin özünü tərifləmisini aparıcı Ülvira Qarayeva ələ salıb:

“Ay Fatimə, qoy biz səni tərifləyək. Fatimədə təvazökarlığın "t” hərfi yoxdur. “Mən elə, mən belə”... İmkan ver biz səni tərifləyək. İnsan "mən-mən" deyəndə, adama elə gəlir ki, özünə güvənmir. Çox çalışır, işini bilir, əzimkardır. Adama elə gəlir ki, gecə də yatmır, ancaq işləyir. Gözəl də övladı var. Türkan Şoraya oxşayır.

Mənim qızım da həkimlik oxuyur. O, həkimliyi atıb rəqqasə olsaydı, başımı yerə qoyardım”.

Xəbər 1345 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +