Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


02.09.2017  11:14 

Prosineçki məğlubiyyətin səbəblərini açıqladı





A+  A-

“İlk növbədə, rəqibi qələbə münasibətilə təbrik edirəm".
XəzərNews.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib. Yığmamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Norveçə 0:2 hesabı ilə məğlub olub.

Oyundan sonra baş tutan mətbuat konfrnasında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Təəssüf ki, komandam son oyunlardakı çıxışını göstərə bilmədi. Rəqibdə daha çox istək var idi, bizdən üstün idilər. Bu gün bizim günümüz deyildi. Bir neçə şansımız olsa da, rəqib bizdən çox üstün idi. Ona görə də qələbəyəbizdən çox layiq idilər. 3 gündən sonra bizi növbəti oyun gözləyir. San Marino ilə matça hazırlaşacağıq”.

- Namiq Ələsgərovla Mahir Mədətovu start heyətə sürətli oyun istəyilə saldığınızı demişdiniz. Sürətli oyun istəyiniz niyə alınmadı, alındısa, razı qaldınızmı?

- Bəli, istədiyimi onlardan hardasa gördüm. Problem onda idi ki, çoxlu səhvlərə yol vermişik və asanlıqla toplar itirmişik. Qolları penaltidən və avtoqolla buraxdıq. Bugünkü məğlubiyyətin səbəbi çoxlu səhvlər idi. Belə səhvləri Norveç kimi komanda bağışlamır. Bizim də qol şanslarımız var idi. Amma istədiyimiz oyunu komandam sərgiləyə bilmədi.

- Penaltiyə səbəbkar olan və qırmızı vərəqə alan Bədavi Hüseynovun çıxışını necə dəyərləndirərdiniz: Zəif oyunu fiziki cəhətdən çatdırmaması ilə bağlı deyildi?

- Bu gün Bədavinin günü deyildi. Futbolda oyunun alınmadığı hallar olur. Amma məsələ təkcə onda deyil. Çoxlu top qəbulundan sonra hücuma keçərkən ötürmələrdə səhvlərə yol vermişik. Yüngül top itkilərindən rəqib istifadə edirdi. İlk yarı qolsuz bitsəydi, matç başqa cür alına bilərdi. Rəqib şanslarından yararlandı. 3 gündən sonra Bədavinin mövqeyində kimin oynayacağına məşqlərdən sonra qərar verəcəyəm.

- Sizə elə gəlmirmi ki, əksər futbolçular özlərini əsas heyət üzvləri saydıqları üçün istənilən oyunu sərgiləmirlər?

- Mən belə düşünmürəm. Bəlkə sizə elə gəlir? Rəqib bizdən üstün idi. Bunu qəbul etmək lazımdır. Norveç güclü komandadır. Bu rəqiblə asanlıqla oynaya bilmərik. Komandamda istək var idi. Lakin çoxlu səhvlər üzündən bunu 90 dəqiqə ərzində göstərə bilmədik.

- Kamran Ağayev son oyunlarda xeyli səhvə yol verir. Bəlkə növbəti oyunlarda Anar Nəzirova şans verəsiniz?

- Razıyam ki, Kamran Ağayev son 6 ayda klubsuz idi, təcrübəsi az idi. Çexiya çempionatında ötən tur meydana çıxdı. İkinci qolda onun səhvi yox idi. Çünki Rəşad Sadıqov avtoqol etdi. Növbəti oyunlarda kimin qapıda duracağı barədə suala hələlik cavab verə bilmərəm.



Xəbər 1440 dəfə oxunub.



09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +