Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


16.04.2024  15:22 

“Xalqımız diasporumuzdan çox şeylər gözləyir”- Pənah Hüseyn





A+  A-

“Dövlətimizin mövcudluğuna, xalqımıza qarşı dünya miqyasında təcavüzkar erməni diasporunun fəaliyyət göstərdiyini nəzərə alsaq, bu halda diaspor fəaliyyəti milli təhlükəsizliyimizin təmin olunmasının mühüm bir istiqamətidir”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bildirdi. Onun sözlərinə görə, diaspor digər dövlətlər üçün başqa əhəmiyyətə malikdir:

“Müəyyən tarixi səbəblər üzündən məlumdur ki, biz müstəqillik qazandıqdan sonra yenidən diaspor qurmaq istiqamətində addımlar atdıq. Hazırda diasporun fəaliyyəti, təsiri hiss olunmağa başlayıb. Amma arzu olunan odur ki, bu fəaliyyət daha da güclənsin. Bu istiqamətdə strateji əhəmiyyətə malik olan məsələ isə odur ki, Türk dövlətlərinin birgə diasporunun tərkib hissəsi kimi fəaliyyət göstərilsin. O halda Azərbaycan diasporunun qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün daha əlverişli imkan ola bilər. Bizim vətəndaşlarımızın, əmək miqrantlarımızın olduğu postsovet məkanı ölkələrindən əlavə Avropa, Amerika qitəsi və hətta indi Orta Şərq və Afrikada diaspor fəaliyyətinin güclənməsinə ehtiyac yaranıb. Çünki problemlərimiz qlobal xarakter almağa başlayıb. Diaspor fəaliyyətində müşahidə edilən problemlərdən biri də ondan ibarətdir ki, xeyli siyasi motivli mühacir faktoru var. Gərək Diasporla İş üzrə Dövlət Komitəsi, diasporla məşğul olan dövlət orqanları xaricdə yaşayan belə mühacirlərlə ümummilli məsələlər barədə kansensus xarakterli birliyə nail ola bilsin. Fikrimcə, bu çox əhəmiyyətə malikdir, çünki düşmənlərin, Azərbaycana dost olmayan qüvvələrin də həmin faktordan istifadə etməsi bu addımla neytrallaşa bilər”.

Partiya sədri qeyd etdi ki, Konstitutsiyaya görə Azərbaycan vətəndaşı hansı ölkədə olmasından asılı olmayaraq, onun hüquqlarının qorunması dövlətin vəzifəsidir:

“Diasporun üzərində isə belə bir hüquqi yox, mənəvi öhdəlik var. Çox istərdim ki, bu məsələ bizim diaspora çatdırılsın və bunu hiss etsinlər. O halda diasporun üzərinə düşən milli vəzifələr, öhdəliklərin tələb olunması meydana çıxa bilər. Şübhəsiz ki, bu milli vəzifələr və öhdəliklər mənəvi xarakter daşıyır. Fikrimcə, dövlətin tələb etməsi doğru olmaz. Amma diasporumuz da bilməlidir ki, xalqımız onlardan çox şeylər gözləyir. Məsələn, bizim milli məsələlərimizin dünya ictimaiyyətinə çatdırılması, düşmən qüvvələrin bizə qarşı fəaliyyətinin neytrallaşdırılması, yaşadıqları ölkələrin mədəni və siyasi həyatına inteqrasiya və sair. Xüsusilə, vətəndaşı olduqları ölkələrin qanunlarına uyğun olaraq Azərbaycan xalqının və dövlətinin maraq və mənafelərini müdafiə etmək kimi vəzifələr onların üzərinə düşür”.

P.Hüseyn vurğuladı ki, son dövrdə Qarabağdan çıxan ermənilərin guya zorla köçürülməsi kimi bir problem qaldırılıb:

“Bu qondarma məsələ ilə bağlı tədbirlər keçirilir, imzalar toplanır, müxtəlif ölkələrin elitasına daxil olan tərəfdarlarını səfərbər ediblər. Bizim diaspor eyni ilə bunu təkrarlamaq yox, amma buna oxşar fəaliyyət göstərməlidir. Bilirsiniz ki, son dövrdə Rusiyadakı diaspor basqı altındadır və hətta bir sıra təşkilatların qeydiyyata alınıb-alınmaması ilə bağlı problemlər var. Hesab edirəm ki, bu istiqamətdə də fəallıq artırılmalıdır. Bundan başqa Gürcüstanda, cənub qonşumuz İranda yaşayan azərbaycanlılar diaspor hesab olunmur və yerli sakinlərdir. Amma hər halda soydaş olaraq onların da ermənilərin İran və Gürcüstan üzərindən bizə qarşı həyata keçirilən təzyiq kampaniyalarına qarşı çıxmalarını istəmək mənəvi haqqımızdır”.

Bəxtiyar Məmmədli
Diaspora.TV


Xəbər 1004 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +