“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


23.06.2022  18:58 

Azərbaycan hökuməti 20 min avrodan çox cərimələndi - Məhkəmə





A+  A-

Bu gün Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş şikayətlər üzrə 5 qərarını elan edib.

XəzərNews.az xəbər verir ki, qərarlardan 4-ü dostca anlaşma əsasında elan edilib. Hökumət qərarlar üzrə 20 min avrodan artıq təzminat ödəməlidir.

Fikrət İbişbəyli Azərbaycana qarşı

Bu məhkəmə işi jurnalist olan ərizəçinin məhkəməyə qədər həbs edilməsi ilə bağlı idi. Ərizəçi AİHM qarşısında məhkəməyə qədər həbsdə saxlanılmasının onun azadlıq və toxunulmazlıq hüququna zidd olduğunu iddia edirdi.

AİHM ərizəçinin iddiasını əsaslı hesab edərək, məhkəməyə qədər 11 ay 14 gün həbsdə tutulmasının ərizəçinin Konvensiyanın 5.3-cü maddəsi ilə təminat altına alınan hüquqlarına zidd olduğuna qərar verib.

Qərara əsasən, hökumət ərizəçiyə 3500 avro təzminat ödəməlidir.

AİHM-in digər dörd qərarı tərəflərin dostca anlaşması əsasında çıxarılıb.

Natiq İsbatov Azərbaycana qarşı

Bu məhkəmə işi ərizəçinin ölkədən çıxışına qadağa tətbiq edilməsi ilə bağlı idi. Məhkəmə qarşısında Konvensiyanın 4 Saylı Protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı) və Konvensiyanın 13-cü maddəsinin (səmərəli müdafiə vasitələrinə malik olmaq) pozuntusu iddiası irəli sürülmüşdü. Tərəflər dostca anlaşıb, anlaşmaya əsasən, ərizəçiyə 6000 avro ödənilməlidir.

Ülviyyə Kərimova Azərbaycana qarşı

Bu iş daxili məhkəmələrin qərarlarını icra etməməsi əsası ilə ərizəçinin Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) üzrə iki il müddətinə islah işlərinə və əmək haqqının 10 faizinin dövlət nəfinə tutulması cəzasına məhkum olunması ilə bağlı idi. Ərizəçi ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu mübahisə edirdi.

Bu işdə də tərəflər dostca anlaşıb, anlaşmaya əsasən, hökumət ərizəçiyə 4100 avro ödəyəcək.

Qadir Mahmudov Azərbaycana qarşı

Bu iş də Kərimova işində olduğu kimi məhkəmə qərarının icra olunmaması səbəbindən cəzalandırılması ilə əlaqəli idi. Burda söhbət ərizəçinin müxtəlif müddətlərə inzibati həbs olunmasından gedirdi. Ərizəçi barəsindəki məhkəmə qərarlarının ədalətli məhkəmə araşdırması hüququnu pozduğunu iddia edirdi. Tərəflərin dostca anlaşmasına görə, hökumət ərizəçiyə 4100 avro ödəyəcək.

Xvorova Azərbaycana qarşı

Daxili məhkəmə qərarının icra olunmaması ilə bağlı olan bu iş də dostca anlaşma ilə başa çatıb. Anlaşmaya görə, hökumət ərizəçiyə 3850 avro ödəyəcək./ahimaz

Xəbər 1803 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib


BÜTÜN XƏBƏRLƏR +