Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


08.03.2022  09:51 

Neft - qaz bahalaşır, benzin ucuzlaşacaqmı? - Video





A+  A-

Dünya bazarında enerji daşıyıclarının qiyməti kəskin artımla yeni rekordlara yol açır. Rusiya-Ukrayna müharibəsinin proqnozlara uyğun olmayan müddətdə uzanması isə daha uzun müddətə bahalaşma vəd edir. Hər halda dünyanın əsas neft-qaz ixracatçılarından olan Rusiya müharibə iştirakçısıdır və ciddi sanksiyalarla üz-üzə qalıb. Bu da enerji daşıyıcılarının qiymətlərinə birbaşa təsir edir. Bəs bu vəziyyət Azərbaycanda Aİ 95 və Aİ 98 markalı benzinlərin qiymətinə necə təsir edər?

Rusiya ilə Qərb arasında iqtisadi bağların qopması enerji daşıyıcılarını bahalaşdırmaqda davam edir. İri neft-qaz ixracatçısı olan Rusiyanın qərb tərəfindən sanksiyalara məruz qalması qlobal iqtisadiyyata yaxın gələcək üçün təhlükə vəd edir. Ekspertlər düşünürlər ki, bundan Avropa da təsirlənəcək...

Dünyada əsas neft və qazın idxalçılarından olan Avropa enerji daşıyıcılarını baha qiymətə almağı gözə alıb, lakin əlavə mənbələrə olan ehtiyac indi çox sayda ölkəni qlobal bazarda neft-qaz axtarışına çıxarıb. Baş verən bu iqtisadi proseslər isə neft, son zamanlar isə həm də qaz ixracatçısı kimi etibarlı tərəfdaşa çevrilən Azərbaycana öz ixracını artırmaq imkanı verir, həm də daha yüksək qiymətlərlə.

Dünya bazarında formalaşan yeni qaz qiymətlərinin Azərbaycanın satdığı qazın qiymətinə də təsiri olacaq. Gündəlik dəyişən qiymətlər uzunmüddətli müqavilələrə də təsir edə bilər.

İqtisadçı ekspert Elşad Məmmədov mövcud vəziyyətin Azərbaycanın idxal etdiyi Aİ-95 və 98 markalı benzinlərin qiymətinə də təzyiq göstərdiyini, ancaq dövlətin bu təzyiqi neytrallaşdırmağa kifayət qədər resursu olduğunu bildirib.

Qeyd edək ki, bir barrel Azərbaycan nefti ötən gün 140 dollara qədər, min kubmetr qaz isə 3000 dollara qədər bahalaşıb.



Xəbər 1267 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +