İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.11.2020  12:37 

Ermənistanda döyüşə getməyənlər yeni doğulmuş körpələri ilə hədələnir





A+  A-

İşğalçı Ermənistanda insanların kütləvi sürətdə döyüşlərə qatılmaqdan imtina etməsi fonunda daha bir acınacaqlı fakt ortaya çıxıb. Belə ki, Ermənistanda ataları Qarabağ döyüşlərinə könüllü yazılmayan yeni doğulmuş körpələrə doğum şəhadətnamələri verilmir.
XəzərNews.az xəbər verir ki, bu barədə erməni vəkil Robert Ayrapetyan öz Feysbuk hesabında məlumat verib. Vəkil Ermənistan rəhbərliyini erməni körpələrini və analarını girov saxlamaqda və insanları müharibəyə göndərmək üçün şantaj üsulundan istifadə etməkdə ittiham edib.

“Siz hər dəqiqə vətənpərvərlikdən danışırsınız, yalnız zəiflərinizə qarşı ikiüzlülük göstərirsiniz. Uşağı dünyaya gələn gün bir insana necə deyə bilərsən ki, doğum haqqında şəhadətnaməni yalnız döyüşlərə könüllü qatılmaq və bu barədə bir sənəd gətirmək şərti ilə verəcəyik? Bu adamın arvadını və uşağını əsir saxlamısınız, yoxsa onunla danışıqlar masasına oturmağa qərar vermisiniz? Sizin beyniniz varmı? Yoxsa onun yerinə hava döşəyi yerləşdirilib?”,- deyə erməni vəkil qeyd edib.

Xəbər 1677 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +