İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.07.2020  13:28 

İranda 18 milyon insan koronavirusa yoluxub





A+  A-

İranda pandemiya başlanandan etibarən təxminən 18 milyon insanın koronavirusa yoluxduğu bildirilib.
XəzərNews.az xəbər verir ki, bu barədə İranın Yoluxucu Xəstəliklərlə Mübarizə Komitəsinin üzvü Məsud Mərdani açıqlama verib.

İran əhalisinin 20 faizinin koronavirusa yoluxduğunu bildirən Mərdani, "Bir bölgədə koronavirusa yoluxanların faizini almaq üçün antikor testlərindən istifadə edirik. Bunu bütün ölkə daxilində həyata keçirdik. İndiyə qədər 18 milyon iranlının koronavirusa yoluxduğunu müəyyənləşdirdik",-deyə bildirib.

Yalnız sağlamlıq protokollarına riayət etməklə virusdan qorunmağın mümkünlüyünü söyləyən Mərdani "Payız mövsümündə daha pis bir mənzərə ilə qarşılaşmaq istəmiriksə, 60 yaşdan yuxarı və xroniki xəstəliyi olanlara diqqət ayırmalı və onların virusa yoluxmalarını əngəlləməliyik",-deyə sözlərinə əlavə edib.

Xəbər 1166 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +