İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.06.2020  17:43 

Atambayev 11 il müddətinə həbs olundu





A+  A-

Bişkekin Pervomay Rayon Məhkəməsi Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevi əmlakı müsadirə edilməklə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
XəzərNews.az “İnterfaks”a istinadən xəbər verir ki, o, kriminal avtoritet Əziz Batukaevin qanunsuz olaraq sərbəst buraxılmasında və korrupsiya əməllərində təqsirləndirilir.

“Məhkəmə Almazbek Atambayevin korrupsiyanı təşkil etməkdə təqsirli bilinməsi, dövlət mükafatlarından məhrum edilməsi və əmlakının müsadirə olunması ilə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb”,-deyə məhkəmənin qərarında bildirilib.

Kriminal avtoritetin qanunsuz olaraq sərbəst buraxılmasında təsirləndirilən şəxslər arasında Qırğızıstanın keçmiş baş prokuroru İndira Coldubayevin də olduğu bildirilib. Coldubayev məhkəmə qərarı ilə 5 milyon som (66.6 min dollar) cərimə cəzasına məhkum edilmiş və III dərəcəli dövlət müşaviri rütbəsindən və “Əməkdar hüquqşünas” fəxri adından məhrum edilib.

Xəbər 1141 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +