Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


19.12.2017  16:22 

11 ayın statistikası - 687 ölü, 1583 yaralı





A+  A-

"Bu ilin 11 ayı ərzində Azərbaycanda 1678 yol qəzası qeydə alınıb, 687 nəfər ölüb, 1583 nəfər isə yaralanıb”.
XəzərNews.az xəbər verir ki, bunu Report-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 11 ayında hadisələrin sayı 170 fakt, ölənlərin sayı 8 nəfər, yaralananların sayı isə 304 nəfər azalıb: "Hadisələrin 47,3 %-i, yəni 795-i piyadaların vurulması ilə baş verən qəzalardır. Nəticədə 283 piyada həlak olub, 591 nəfər yaralanıb”.

K.Əliyev söyləyib ki, 11 ay ərzində ölkədə qeydə alınan qəzaların 603-ü sürət həddinin aşılmasına görə baş verib: "Nəticədə 305 nəfər həlak olub, 74 nəfər yaralanıb. Ötmə və qarşı hərəkət zolağına çıxma nəticəsində 473 qəza baş verib ki, nəticədə 172 nəfər ölüb, 560 nəfər yaralanıb. Sərxoşluq vəziyyəti ilə bağlı 23 yol qəzası baş verib ki, bu zaman 10 nəfər həlak olub, 70 nəfər ağır yaralanıb. Bu da ümumi qəzaların 1,3 faizini təşkil edib”.

Şöbə rəisi bildirib ki, bu ilin ötən dövründə yol qəzaları zamanı 16 yaşına qədər olan 57 uşaq və yeniyetmə ölüb, 183 nəfər yaralanıb. Bundan başqa, 11 ayda 501 toqquşma hadisəsində 203 nəfər ölüb, 673 nəfər yaralanıb: "Bu il baş verən qəzalar arasında piyadaların vurulması çoxluq təşkil edir. Bu da neçə illərdir ən yüksək göstəricidir. Piyadaların vurulması, adətən, onlar üçün nəzərdə tutulmayan yollardan keçən zaman baş verir”.

K.Əliyev qeyd edib ki, müvafiq dövrdə Bakı şəhərində 577 qəza olub: "Nəticədə 185 nəfər həlak olub, 497 nəfər yaralanıb. Qəzaların sayı ötən ilin 11 ayı ilə müqayisədə 44 fakt azalıb, ölənlərin sayı 15 fakt artıb, yaralananların sayı isə 143 fakt azalıb”.

Xəbər 881 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO


BÜTÜN XƏBƏRLƏR +