Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


28.04.2023  11:39 

Reytinqlərə görə cəmiyyəti məhv edirlər, etməyin!





A+  A-



Biz ondan sonra içdən-çöldən çürüməyə başladıq ki, efirlərdə ailə məsələləri müzakirə edilməyə başladı. Kimin əli kimin cibindədir, kim kimin evindən çıxır, kim kimin əri ilə gəzir, kim kimin arvadına sataşır – hamısı efirdə nümayiş etdirilir. Utanmadan, qızarmadan, xəcalət çəkmədən, elə belə də olmalı imiş kimi, elə beləsi normalmış kimi…

Mənəvi deqradasiya yaşamağınız, həyata nifrət etməyiniz, eyni cəmiyyətdə yaşadığınız insanlara heyrət etməyiniz üçün televiziya kanallarındakı “sosial layihə” adı verilən proqramlara baxmağınız yetərlidir. Bir neçə dəqiqə izlədikdən sonra, efirdə özünə ər ya arvad axtaranlar, arvadını başqa kişi ilə tutub videosunu çəkib efirdə milyonlara nümayiş etdirənlər, bir-birinin bütün paxırını milyonların gözü önündə açıb sonra heç nə olmamış kimi həyatlarına davam edənləri tanıdıqdan sonra bu günədək o proqramlara baxmadığınız üçün özünüzə böyük bir “afərin” də deyəcəksiniz.

Bizim adətlərimizdə, dəyərlərimizdə ağlayan kişini görmək müəyyən qədər başadüşülən olub, amma yalvaran kişini görmək dözülməzdir. Cəmiyyət qadını bütləşdirdikcə qadının quluna çevrilib, kişilər zəiflədikcə qadınlar qəddarlaşıb. Bizim təbiətimiz belədir, yanımızdakı kişini güclü görmək istəyirik.
Ağlayan və yalvaran kişi qadında ancaq ikrah hissi yaradır. Efirə çıxıb azyaşlı övladlarını atıb başqa kişi ilə qaçan arvadına yalvaran, evə qayıtmağa razı salmağa çalışan kişiləri görəndə ürəyim bulanır.

Xoşqeyrət kişilər efirdə başqa kişiyə qoşulub getmiş arvadını axtarır, xoşqeyrət kişilər xəyanət üstündə yaxaladığı arvadının video-görüntülərini efirdə nümayiş etdirir, xoşqeyrət kişilər başqasına qoşulub getmiş, xəyanət videosunu yayılmış arvadına yalvarır, yaxarır…

Nə faydası var ki bu proqramların? Ailələri rüsvay etməkdən, biabırçılıqlarını ifşa etməkdən başqa nə kimi missiyası var? Efirə nümunələr çıxarılırdı əvvəllər, örnəklər, ideallar çıxarılırdı. Bəs indi? Ölkədə nə qədər əxlaqsız, avara varsa efirə çıxarılır, onsuz da qıl körpüsündə olan gəncliyə “qarğa, məndə qoz var” misalı göstərilir.

Reytinqləri var, baxılır. Reklam gətirir kanallara, ona görə yayımlanır. Reytinqlərə görə cəmiyyəti məhv edirlər, etməyin! Biz niyə hansısa əxlaqsızın olmayan ailəsının intim məsələlərinə baxmalıyıq? Biz niyə arvadı qaçan kişinin iyrənc yalvarışlarını dinləməliyik? Biz niyə 3 uşağını atıb başqası ilə qaçan qadının üzsüzlüyünü seyr eləməliyik?

Gündüz saatlarında yayımlanır, hələ həyatı yenicə tanımağa çalışan yeniyetmələr də ailə böyükləri ilə bərabər oturub saatlarla bu biabırçılığı izləyir və beləcə müqəddəs bildiyimiz bütün dəyərlərdən qoparaq böyüyürlər. Nikahdankənar cinsi münasibət yaşayanlar, başqa kişidən uşaq dünyaya gətirən evli qadınlar, bunu efirdə “bəh-bəh”lə təqdim edən televiziya kanalları o tərtəmiz beyinləri zəhərləyir.

Bu proqramlar bilavasitə ailə və cəmiyyət strukturunu hədəf alır və bizi məhvə aparan dəhşətli təhlükədir.

Üzünə dünyanın bütün alçaq söyüşlərini də söysən, bütün təhqirləri ünvanına da yağdırsan, rəzil edib yerə də soxsan, atasına-anasına da söysən, başqa kişiyə qoşulub qaçan arvadına yalvaran xoşqeyrətlərlə dolub cəmiyyət.

Lalə Mehralı

Xəbər 546 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +