İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.12.2021  15:39 

Masallıda 2 min adamın pensiyası kəsilib





A+  A-

Deyirəm, bəzi qəribəliklər olmasa, həyat maraqsız olar. Bu günlərdə Masallıda bir sıra idarələrlə yanaşı “pensiya” idarəsinin də yerləşdiyi binanın qarışında (Xətainin heykəlinin şimal tərəfində) əlillər üçün maraqlı, 8-10 metr uzunluğunda pilləkən qurulub ki, onlar əlil arabaları ilə bu binaya rahat girsinlər.

Buna görən kimi, yadıma Stalinlə bağlı bir lətifə düşdü. Həmin lətifədə bildirilirdi ki, Stalin türmə rəisinə zəng vurub deyir ki, sabah sübh cağı güllələnəcək professorların şam yeməyini yüksək səviyyədə təşkil edin. İndi bizim rəsmilər də hər yerdə olduğu kimi Masallıda da minlərlə əlilin pensiyasını kəsib, ac-yalavac qoyub, sonra onlar üçün Avropa standartlarına uyğun pilləkən qurublar.

Çalışdığım ofis həmin pilləkənə yaxın ərazidə yerləşdiyi üçün bu pilləkənin yanından tez-tez keçirəm. Hələ ki, oradan əlil arabasından keçən görməmişəm.

Növbəti dəfə həmin pilləkənin yanından keçəndə isə 4-5 sahibsiz itin həmin pilləkənin üstündə və ətrafında uzandığını gördüm.

İstər-istəməz düşündüm ki, son illə bu sahibsiz itlərin də bəxti yaman gətirib. İnsanları mitinqlərdə iti döyən kimi döysələr də, bu sahibsiz itlərə “güldən ağır” söz deməyə imkan vermirlər və gündən günə çoxalırlar. Hələ xüsusi diqqət göstərilən bu sahibsiz itlər bir yana, bir çox məmurlar, səlahiyyətlilər öz ətrafında insan cildində “itlər, küçüklər” saxlayırlar ki, kim haqq söz desə, hüququn tələb etsə, rəhbərliyi tənqid etsə, bəzi tərif xəstələrini “nazlayıb”, sözlə “tumarlamasalar”, bu küçükləri onlara “hürdürsünlər”.

Gör, BİZ - Qəhramanlar nəsli haradan hara gəldik e.

Qısası, “küçük” bol olarsa, basılmaz məmur.

Zahir Əmənov,
cenub.az


Xəbər 1112 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +