İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.02.2021  17:35 

Bulvara gəzintiyə çıxan sakinlərə çağırış edildi





A+  A-

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Dənizkənarı Milli Parkda növbəti dezinfeksiya işləri aparılıb.
XəzərNews.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 6-da səhər saatlarından başlayaraq iri və xırda həcmli texnikalar vasitəsilə bulvarın bütün ərazisi xüsusi məhlullarla yuyulub. Ərazidəki oturacaqlar, məhəccərlər, işıq dirəkləri, əl tutacaqları dezinfeksiya edilib.

Görülən işlər barədə danışan "Dənizkənarı Milli Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rəfail Niftəliyev bildirib ki, ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar bulvar ərazisinə gələn insanların sayı artır. Buna görə də burada mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Bulvar ərazisində yerləşən bütün obyektlər, o cümlədən yeməkxanalar, anbarlar və ofislər, iaşə obyektləri, gəzinti gəmiləri, attraksionlar mütəmadi olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya edilir.

Rəfail Niftəliyev bulvar ərazisində gəzintiyə çıxan sakinləri Operativ Qərargahın təlimatlarına riayət etməyə çağırıb.

Xəbər 1521 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +