İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.12.2018  14:36 

“Nigar məni lağa qoya bilməz” - Şəbnəmdən cavab





A+  A-

“Həmin an yanımda köməkçim yox idi. İnsanın yanında kimsə olanda belə şeyləri görür, müdaxilə edir”.
XəzərNews.az bildirir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Şəbnəm Tovuzlu deyib. O, “Gucci” brendinə məxsus kəməri tərs taxmasının sosial şəbəkələrdə müzakirə olunmasına münasibət bildirib:

“Həmin gün 4-5 tədbir var idi, sonuncuya özüm hazırlaşım evdən çıxmışdım. Heç güzgüyə baxmamışdım. Şəkli paylaşanda da fikir verməmişəm, tez pavilyona getmişəm. Təki belə şeyləri müzakirə etsinlər”.

Ş. Tovuzlu kəmərin “fake” olması barədə səsləndirilən fikirlərə də reaksiya verib: “Ayaqqabı, çanta, kəmər və üst geyimlərimin hamısı orijinaldır. Mən elə-belə şey almıram. Ziyafət, gündəlik geyimləri ucuz ala bilərəm. 100-500 manat arası pul verə bilərəm”.

O, sosial şəbəkədə sözügedən mövzu barədə onu ələ salan həmkarı Nigar Camala cavab verib: “Nigar xanımla alış-verişim yoxdur.Nigar özü yaxşı bilir ki, atdığı addım Nigar üçün üstündür. Mənim də şəxsiyyətim, xanımlığım var. O, məni lağa qoya bilməz. Buna cürəti çatmaz. Onun öz dilindən eşitsəydim, cavabım başqa olardı”.

İfaçı onu bayağı musiqiçi kimi qələmə verənlərə də etirazını bildirib: “Günün nəbzi nədirsə, onu oxuyuram. Pis çıxmasın, müğənnilər cibinə işləyir. Biz türklər deyilik ki, konsertlərdən pul qazanaq. Düzdür, biletlərimiz satılır, amma dekorasiya, texnika üçün cibimizdən pul ödəyirik. Şükür ki, toylarımız var. Ona görə də, cibimizə nə xeyirdisə, onu oxuyuram. İstəsəm əlimdə qaval muğam oxuyaram, kənarda oturaram. Ailə, uşaq var. İşləmək, dolanmaq lazımdır. Başa düşürsüz də məni, yaxşı geyinmək lazımdır”.

Xəbər 1243 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +