İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.04.2017  10:48 

Əli İnsanovun döydüyü ədliyyə mayoru - FOTOLAR





A+  A-

Sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə zərərçəkən kimi tanınan şəxsin kimliyi bəlli olub.
Bu, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin Rejim-nəzarət şöbəsinin baş əməliyyat müvəkkili ədliyyə mayoru Anar Məmmədovdur.
İttiham aktına əsasən Əli İnsanov saxlandığı cəzaçəkmə müəssisəsinin inzibati binasında (rəis müavininə məxsus otaqda) barəsində protokol yazan Anar Məmmədovu döyüb. Əli İnsanovun zərbəsindən sonra Anar Məmmədov yıxılıb. Ona kəllə-beyin travması, habelə, digər xəsarətlərlər yetirilməsi barədə ekspertiza rəyləri ittiham aktına yazılıb.
Ancaq məhkəmə zalında ifadə verən Anar Məmmədovu görən proses iştirakçıları 71 yaşlı Əli İnsanovun idmançı cüssəli bir gənci döyməsinə təəccüblənib.
Prosesdən sonra döyüldüyü iddia edilən Anar Məmmədova yaxınlaşan Gununsesi.info-nun əməkdaşı hadisə barədə ondan soruşub:

Doğrudanmı, Əli İnsanova döyüləcək qədər zəifsiniz? Olay necə yaşandı, danışa bilərsinizmi?
Mən sizə niyə danışmalıyam ki…Fikirlərimi məhkəmədə demişəm. Əlavə deyəcəyim bir şey yoxdur. Hadisənin necə olması sizə maraqlıdırsa, məhkəmədə bunu öyrənə bilərsiniz.
Axı, inandırıcı deyil ki, yaşlı bir insan sizi 35 gün xəstəxanalıq edib. Əli İnsanov məhkəmədə bildirdi ki, siz ona qurulan oyunun iştirakçısı olmusunuz.
Mən sözümü məhkəmədə dedim. Təkrarlamağa ehtiyac yoxdur.


(gununsesi.info)

Xəbər 1293 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +