İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.09.2023  11:12 

Siz də Aslan İsmayılovun təhdidlərindən qorxursunuz?





A+  A-

Uzun müddətdir ki, əziz dostumuz, peşəkar jurnalist Aygün Muradxanlı “hüquqi” basqılar və mənəvi terrorla üz-üzə qalıb. Şübhəsiz ki, 1 il ərzində barəsində 2 dəfə qondarma cinayət işi açılan xanım jurnalistə qarşı həyata keçirilən bu təzyiqlərin həyata keçirilməsində yalnız bir məqsəd var: onu tutduğu milli mövqedən və uğrunda döyüşdüyü dövlətçilik amallarından sapındırmaq... Buna nail ola bilməyəcəklər, çünki ömrünün 30 ilini Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və milli mətbuatın formalaşmasına xərcləyən A.Muradxanlı yadelli kolonların asanlıqla məğlub edəcəyi şəxs deyil, ən əsası, o, tək deyil.

Vəkil Aslan İsmayılov (Allahverdi Çıraqov) yüksək ranqlı məmurlarla olan əlaqələrindən sui-istifadə edərək, A.Muradxanlının həbsinə çalışır. Təbii ki, İsmayılovun arxasında kimlərin dayandığını yaxşı bilirik. Əgər A.Muradxanlı həbs ediləcəksə, əsl döyüş də ondan sonra başlayacaq.

A.Muradxanlının Prezidentə məktubu var, o, dövlət başçısına müraciət edərək, sözün həqiqi mənasında özünü əsgər kimi müsəlləh edir. İ.Əliyevə cəbhədə də, informasiya savaşında və ölkənin daxilində də əsgər lazımdır. Hansı general və məmur ölkə başçısının ən döyüşkən əsgərlərindən birini həbs etdirmək istəyirsə, buyursun...

Mən, bütün jurnalistləri A.Muradxanlıya qarşı həyata keçirilən şantaj, təhdid və terrora səssiz qalmamamağa çağırıram. Sussanız, sabah növbə sizə də çatacaq, mütləq çatacaq! Bu məsələdə səssiz qalmayan, öz media resurslarında Muradxanlıya dəstək verən jurnalistlərimiz də az deyil. Amma daha çoxuq, xüsusilə, sözüm səssiz qalan kişi jurnalistlərədir, A.Muradxanlı həbs edilsə, o zaman sizin beş-on manat pula görə öz ata-anasının, qardaş-bacısının qətlə yetirilməsinə səssiz qalan biqələmunlardan heç bir fərqiniz olmayacaq.

Bu məsələdə Medianın İnkişafı Agentliyi, Azərbaycan Mətbuat Şurasının səssiz qalması, öz mənsubuna sahib çıxa bilməməsi ürəkağrıdıcıdır.

Siz də A.İsmayılovun təhdidlərindən və mühafizəkarlarından qorxursunuz?

Siz nə dərəcədə laqeyd olmusunuz ki, iş bu yerə çatıb və haqlı olduğu halda jurnalistə cinayət işi açılıb?

Bu ölkədə hər bir sahənin sahibi var, heç bir sahənin mənsubuna artıq bir söz deyə bilmərsən, adamın dərisini boğazından çıxararlar. Fərqi yoxdur, ölkədə hər kəsin sahibi dövlət olmalıdır. Elə jurnalistlərin də!

Döyüşmək lazımdır? - Jurnalisti çağırırsınız!

Ölmək lazımdır? - Jurnalisti çağırırsınız!

Düşməni öldürmək lazımdır? - Jurnalisti çağırırsınız!

Ac qalmaq lazımdır? - Yenə də jurnalisti seçirsiniz!

Biz, hakimiyyəti söyüb daha sonra hakimiyyətdən imtiyazlar (ev, maşın, pul və s.) alan, indi də icazəli şəkildə müxtəlif siyasi partiyalarda, ya da “müstəqil” şəkildə müxalifətçilik edən jurnalistlərdən deyilik axı... Hazırda cəbhəçi, müsavatçı, “müstəqil” jurnalistlərin nələr əldə etdiyini də dəqiq bilirik...

Biz, imtiyazlar qazanmaq üçün haqlı-haqsız yerə illərdir hökuməti tərifləyən stajlı, fürsətcil və mənfəətbaz jurnalistlərdən də deyilik axı...

Biz, dövləti qorumuşuq, necə qoruduğumuzu, nə işlər gördüyümüzü də yaxşı bilirlər. Bizim xidmətlərimiz hansısa saytda, qəzetdə, sosial şəbəkələrdə yazılmayacaq qədər əhəmiyyətli olub. A.Muradxanlı belələrindəndir.

Əziz media nüməyəndələri!

Bu 1 il ərzində A.Muradxalının hansı miqyasda təzyiqə məruz qaldığını onu tanıyanlar yaxşı bilir. 30 ildir sizin üçün döyüşən Muradxanlıya dəstək üçün 30 dəqiqənizi ayırın! Onu “5-ci kolon”un üzvü olmaqda itiham edənlərin əslində özlərinin bu kolonun sadiq qulları olduğunu bir daha isbat edək! İmkan verməyək ki, İranın, Rusiyanın, Amerikanın agenturası bizi öz evimizdə əzsin, tapdalasın...

Samir Feyruzov

Xəbər 3092 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +