Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


13.01.2023  15:33 

“Vətəndaşa 1 manat əlavə pul verməklə onun “yarası sağalmayacaq” - İqtisadçı





A+  A-

Prezident sosial ödənişlərlərlə bağlı yeni sənəd imzalayıb, bu il yeni sosial islahat paketi üzrə sosial ödənişlərdə artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub, həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edir. İki milyon vətəndaş əlavə olaraq il ərzində 750 milyon manat, yəni hər vətəndaşa il ərzində 394 manat, ay ərzində 32 manat, günə isə 1 manatan bir az çox əlavə vəsait çatacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, bu artım yetərlmi?:

- Təbii ki, yox, amma söhbətin məni narahat edən məğzi başqadır, indiki durumda maaş və təqaüdlər, sosial müavinatlar 2 dəfə də artsa yenə vəziyyət düzəlməyəcək.

Çünki:

1. Dövlət sosial məsuliyyətini vətəndaşların layiqli həyat yaşaması üzərinə deyil də, ancaq insanların acından ölməməsi üzərinə qurub;

2. İndiki inhisarçılığa söykənən məmur- dövlət kapitalizmi modelində mal və xidmətlərin istehsalı və ölkəyə gətirilməsi potensial olaraq məhdud olduğu üçün təqaüd-maaş-müavinat artımının yaratdığı əlavə pul kütləsi avtomatik olaraq qiymətləri yüksəldən amilə çevrilir.

Dövlətin siyasəti dəyişməlidir ki, maaş-təqaüd artımı insanların real gəlirlərinin artımına səbəb olsun. Bunun üçün dövlət üzərinə götürdüyü məsuliyyəti hiss edərək bir tək nominal gəlir artımı ilə deyil, vətəndaşların real gəlirlərinin artması ilə məşğul olmalıdır. Yəni, paralel olaraq qiymətlərin ucuzlaşması, heç olmasa bahalaşmaması baş verməlidir ki, insanlar öz gəlirlərinin artdığını hiss etsinlər.

Bunun yolu isə bəllidir:

1. Rəqabətli və ədalətli mühit;
2. Vergi dərəcələrinin və gömrük rüsumlarının kəskin azaldılması.

Bu islahatlar, dəyişikliklər olmasa günlük vətəndaşa 1 manat əlavə pul verməklə onun “yarası sağalmayacaq”.

Daha bir fəlsəfi məsələ var ki, o da məni narahat edir. Məmləkətdə 1,9 mln. insan indiki fərmanla dövlətdən pul aldığı görünür, ölkədə hələ 930 minə yaxın büdcədən maaş alan muzdla çalışan, 1,3 mln. nəfər də təqaüdçü var – yəni, məmləkətdə dövlətin əlinə baxan 4,1 mln. vətəndaş yaşayır, bu heç də yaxşı bir asılılıq deyil, hətta dövlət üçün də, vətəndaş üçün də təhlükəli asılılıqdır.

Bu haqda daha geniş bu həftənin “düşünmək üçün” yazısında fikirlərimi bölüşəcəm...

Xəbər 614 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +