İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.11.2022  15:11 

“Türkiyənin yanındayıq” - Paşazadə





A+  A-

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Respublikasının Diyanət İşləri Sədri Əli Erbaşa başsağlığı məktubu ünvanlayıb.


XəzərNews.az QMİ-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm qardaşım, qardaş Türkiyənin İstanbul şəhərinin mərkəzində törədilmiş xain terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı və kədərləndirdi. Müqəddəs dəyər olan insan həyatına qarşı cinayət olan terroru, onun bütün təzahürlərini qətiyyətlə pisləyirik. Hər zaman olduğu kimi, Türkiyənin yanındayıq. Xəyanətkar terror hadisəsi ilə əlaqədar dərdinizi bölüşür, Azərbaycan, Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan cənabınıza və şəxsinizdə bütün qardaş türk müsəlmanlarına, terror nəticəsində həyatlarını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan onlara rəhmət, yaralılara şəfa diləyirəm. Uca Allah qardaş Türkiyə xalqını və dövlətini hifz etsin”.

Xəbər 678 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +