Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


25.07.2022  14:09 

Yeni icra başçıları kimlərdir?. - Təfsilat





A+  A-

Prezident İlham Əliyevin Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

XəzərNews.az xəbər verir ki, E. Paşayev bu təyinata qədər yüksək vəzifələrdə çalışıb.

2020 ci il iyunun 23-də İlham Əliyevin "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Sərəncamının siyahısında E. Paşayev də olub.

O zaman Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışan E. Paşayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

E.Paşayev 20 ilə yaxın iş təcrübəsi dövründə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı E.Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi çalışıb. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərinən biridir.

Azərbaycan Milli Elmlər Akademiyasının doktorantıdır.

Ailəlidir.

Lerikə təyin edilən digər yeni başçı isə Əkbər Bəxtiyar oğlu Abbasovdur.

1988-ci il təvəllüdlü olan Ə.Abbasov Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb.

Ə.Abbasov da Kənd Təsərrüfatı Nazirliyində çalışıb.

O, nazirliyin Aqrar Elm və İnnovasiya Mərkəzində direktor vəzifəsində işləyib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə tiyın olunan Araz Əhmədov isə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olub.

O, xidmətin general-mayorudur. O, 2019-cu ildə Prezidentin sərəncamı ilə sözügedən ali hərbi rütbə ilə təltif edilib.

A.Əhmədovun DTX-də son vəzifəsi idarə rəisi olub.

Xəbər 1399 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +