Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


16.05.2022  19:20 

Rəşad Dağlı Xomeynini necə çökdürdü...





A+  A-

Maşallah, Azərbaycanda meyxana deyən çoxdur, dağlı da az deyil. Ancaq Rəşad Dağlı bir dənədir, yekdir. Hazırda söz mülkünün sultanı da odur.

Bəziləri and-aman edir ki, meyxana qeyri-ciddi sənətdir. Mənə görə isə söz anlayanlar üçün meyxana incə sənətdir. Və bu incəlik sözün lətafətindən doğur...

Rəşad Dağlının dindarlardan üzr istəməsi təqdirəlayiqdir. Əlbəttə, insanların dini hisslərinə toxunmaq olmaz. Bilməyənlər üçün deyim ki, Rəşad Dağlı Masallıda keçirilən məclisdə “Xomeyni çöküb qalıb” ifadəsi işlədib. Yəni İran İslam İnqilabını həyata keçirən dini liderin çökməsini dilə gətirib...

Bəzi dindarlar bunu təhqir kimi qarşılayıb...

Hazırkı İran İslam Respublikası mərhum Ruhullah Xomeyninin şah əsəridir. Bu dövlət dünyanın ac-yalavac ölkələrindən biridir. Sosial ədalət baxımından İranda son dərəcə ciddi problemlər var. İnsanların edamı baxımından İran Səudiyyə Ərəbistanı kimi barbar bir ölkə ilə yarışdadır...

Şiəlikdən dəm vuran İran bütün dünyanın gözü qarşısında şiə Azərbaycanın torpaqlarını işğal edən Ermənistana 30 ildən çoxdur ki dəstək verir. Təsadüfi deyil ki, 44 günlük müharibə zamanı Rusiya İran üzərindən Ermənistana silah daşıyırdı. Elə bu yaxınlarda İran Ermənistana görə az qala Azərbaycanla müharibəyə başlayacaqdı...

Yəni Rəşad Dağlı dedi-demədi, Xomeyni, daha doğrusu onun yaratdığı İran çöküb. Və nə qədər ki, molla rejimi iqtidardadır İran düzələn deyil. Bu ölkəni idarə edən fars şivonistləri əhalisinin yarıdan çoxunu təşkil edən türkərlə düşmənçilik edir, ermənilərlə isə ittifaqdadır...

Əslində Rəşad Dağlı İranla bağlı Azərbaycan xalqının düşüncəsində formalaşmış şüuraltı bir fikri dilə gətirib. Şəxsən mən onun bu fikrini müdafiə edirəm, onu haqlı sayıram...

Bir şeyi də deyim. Rəşad Dağlı Azərbaycanın bir parçasına çevrilmiş tək-tük adamdan biridir. Rəhmətlik ustadı Nizami Rəmzi kimi o da Azərbaycanı sonsuz məhəbbətlə sevir.

Və bu sevgi xalqın düşüncəsində olan fikirləri onun dili ilə ortaya qoyur. Ola bilər ki, heç özü də bunun fərqində deyil...

Elbəyi Həsənli

Xəbər 2135 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +