İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.03.2022  18:16 

Ukrayna işğalı davam edir: Gün ərzində baş verənlər...





A+  A-

Rusiyanın Ukraynaya təcavüzündən 15 gündən çox vaxt keçir. Hər gün yüzlərlə ukraynalı ölkəsindən qaçqın düşür, bir o qədər də insan - qoca, uşaq, qadın, kişi həlak olur. Təcavüz isə bitmir, əksinə hər gün daha da geniş ərazini və insanları əhatə edir.

Bu gün, martın 10-da səhər saat 6-da rusiyalı işğalçıları Zaporojye Vilayət Şurasının deputatı Leyla İbrahimovanın evinə soxulub, daha sonra onu zorla naməlum istiqamətə aparıblar.

Bu barədə Krım tatar xalqı Məclisinin üzvü Esgəndər Bariyev öz Facebook səhifəsində yazıb.

“Bu gün Melitopolda səhər saat 6-da rus hərbi geyimli silahlı şəxslər Zaporojye vilayət şurasının deputatı, yerli Krım tatar xalqının nümayəndəsi, Melitopol şəhər diyarşünaslıq muzeyinin direktoru Leyla İbrahimovanın evinə soxulublar”, - deyə qeyd edən Bariyev bildirib ki, işğalçılar deputatın evində də axtarış aparıblar.

Çerniqov istiqamətində Ukrayna Silahlı Qüvvələri “İsgəndər-M” ballistik operativ-taktiki raket komplekslərinin bir diviziyasını məhv edib.

Bu barədə Ukrayna "Şimal” əməliyyat komandanlığından məlumat verilib.

“Çerniqov istiqamətində “Şimal” operativ komandanlığının bölmələrindən biri mülki şəxsləri atəşə tutan “İsgəndər-M” diviziyasını məhv edib”, - məlumatda deyilir.

Bu arada Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Ukraynaya hücumları səbəbindən ölkəni tərk edənlərin sayını açıqlayıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) paylaşdığı məlumatda 2 milyon 316 min qaçqının Ukraynadan qonşu ölkələrə keçdiyi bildirilib.

Məlumatda, Polşaya 1 milyon 412 min 503, Macarıstana 214 min 160, Slovakiyaya 165 min 199, Rusiyaya 97 min 98, Rumıniyaya 84 min 671, Moldova 82 min 762, Belarusa 765 və digərlərinə 258 min 84 qaçqın keçdiyi ifadə edilib. Həmçinin 18-23 fevral tarixlərində Donetsk və Luqansk vilayətlərindən 96 min insan Rusiyaya keçib.

"Ukraynada vəziyyət daha da gərginləşərsə, 4 milyona qədər mülki şəxs ölkəni tərk edə bilər", - deyə BMT xəbərdarlıq edib.

Rusiyanın hərbi əməliyyatı başlayandan etibarən Ukraynada 71 uşaq həlak olub.

Bu barədə məlumatı Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Lyudmila Denisova açıqlayıb.

Onun sözlərinə görə, müharibə zamanı 100-dən çox uşaq yaralanıb.

Rusiyalı terrorçular Ukraynada indiyədək 63 xəstəxananı atəşə tutub.

Bunu səhiyyə naziri Viktor Lyaşko məlumat telemarafonunda deyib.

Onun sözlərinə görə, insident nəticəsində 5 həkim həlak olub, 10-dan çoxu ağır yaralanıb.



Xəbər 1611 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +