Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


20.01.2022  20:55 

Şəxsiyyətlər, heykəllər və biz...





A+  A-

İrili-xırdalı bütün məsələlərdə olduğu kimi bax, bu heykələ münasibətdə də qocaman və müdrik millətimizin nümayəndələri həyatda və sosial şəbəkələrdə fərqli mövqe sərgilədilər. Biri dedi "bu heykəl niyə postamentsizdir?", digəri dedi "belə yaxşıdır, çünki hörmətli Hacı xalq adamı olub, indi də xalqın içində olmağı məsləhətdir", bir başqası dedi ki, "məkan düzgün seçilməyib", dördüncü, beşinci şəxslər isə bildirdilər ki, "Hacının yaxasında çar ordenlərini təsvir etməyə ehtiyac yox idi" və s.

Xülasə, rəylər və baxışlar, yanaşmalar, dəyərləndirmələr həddindən artıq çox idi. İnsanlarımız istər bu heykəllə, istərsə də digər heykəllərlə bağlı ən xırda nüanslara, incəliklərə qədər gedib çıxır, münasibət bildirirdilər. Və sözün düzü, mən bu gün xalqımızın toplumsal zəkasına, insanlarımızın fikir rəngarəngliyinə bir daha heyran qaldım.

Bu qeydlərimi paylaşmaqda isə məqsədim həmin rəylərə münasibət bildirmək, kimin haqlı, kimin yanlış fikir səsləndirdiyini ayırd etmək deyil. O fikirlərin doğru və ya yanlışlığını zaman özü göstərəcək.

Mən isə ayrı məqamlara toxunmaq istəyirəm.

Əvvəla ümumi olaraq onu deyim ki, böyük şəhərlərdə heykəllərin qoyulması qədim Şumerlərdən, qədim asteklərdən, qədim Misirdən, Roma və yunan imperiyalarından gəlmə ənənədir. Heykəllər və heykəltəraşlığın tarixi haqqında saatlarla danışmaq və yazmaq olar.

Heykəllərin təyinatı da olduqca maraqlı məqamdır. Heykəllər həm şəhərlərin landşaftını bəzəmək üçündür, həm bir millətin konkret bir əraziyə (şəhərə, ölkəyə) sahib olmasının göstəricisidir, həm tarixlə bu gün arasında körpüdür, həm siyasi ismarıc vasitəsidir, həm də bir millətin mədəniyyət pasportudur.

Bütün bu məqamların da hər birisi haqda ayrıca tədqiqatlar aparmaq, müzakirələr təşkil etmək mümkündür. Çünki hər biri olduqca önəmli mövzudur.

Xüsusən də, bu son illərdə həm Qərb ölkələrində, həm də postsovet məkanında "Heykəllərə qarşı müharibə" kampaniyasının geniş yayıldığı bir dövrdə heykəllərin əhəmiyyəti barədə maarifləndirici səpkidə söhbətlərə böyük ehtiyac var.

Bu söhbətlər, bu müzakirələr, sosial şəbəkələrdəki qızğın diskussiyalar əslində həm də heykəllərin yaşarılığını təmin edir. Heykəllər məhz onlar yad ediləndə, müzakirə ediləndə, tənqid ediləndə, restavrasiya ediləndə, söküləndə, yenisi ilə əvəz ediləndə, qarşılarına çiçəklər düzüləndə və o çiçəklər tez-tez əvəzlənəndə yaşamağa başlayırlar...

Bu mənada dünən dövlət başçısı tərəfindən açılışı edilən məşhur və mərhum xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevin abidəsinin elə ilk gündən qızğın müzakirə hədəfinə çevrilməsi və üstəlik də günün sonunda iki vandalın təxribatına məruz qalması bu heykəlin gələcək taleyinə və tarixinə də öz damğasını vuracaq.

Zatən rəhmətlik Hacının özünün də həyatı başdan başa keçməkeşlər, qalmaqallar, təlatümlər, təzadlar içində keçib. Odur ki, onun vəfatından təxminən 100 ilə yaxın bir vaxt keçəndən sonra gözəlləşməsi və tərəqqisi üçün çox işlər gördüyü Bakı şəhərində ucaldılan heykəlinin də bu cür qızğın, qaynar və həm də xoşməramlı müzakirələrlə qarşılanması bu heykəli paytaxtımızdakı digər heykəllərdən çox-çox fərqləndirəcək.

Beləliklə, bu heykəlin qoyulması ilə heykəltəraşlıq tariximizdə tamamilə yeni bir səhifə açılır. Odur ki, heykəlin müəllifi də, təşkilatçılar da cəmiyyətdən gələn bütün fikirlərə, iradlara və təkliflərə açıq olmalıdırlar...

Bəybala Mirzəyev
/ davamı olacaq/

Xəbər 1321 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +