İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.10.2021  22:45 

Saakaşvili Gürcüstana hansı yolla və necə gəlib?





A+  A-

Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixeil Saakaşviliyə dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı ittiham irəli sürüb.

XezerNews xəbər verir ki, ittihamda siyasətçinin ölkəyə daxil olma marşrutu göstərilib.
İstintaq çərçivəsndə müəyyən olunub ki, sentyabrın 28-də saat təxminən 23:00-da Poti limanına Ukraynanın Çernomorsk limanından “Vilnüs” adlı gəmi daxil olub.

Sentyabrın 29-da saat 01:04-də gəmidən “IKA TRANS Ltd.” şirkətinə məxsus süd məhsulları ilə yüklənmiş qoşqulu SCANIA yük maşını çıxıb. Avtomobil əvvəlcə körpüdə dayanıb, qeydiyyatdan öncə gözləmə zonasında olub və buradan 01:44-də çıxışa yollanıb. Bir neçə on metr hərəkət edəndən sonra saat 01:47-də Poti limanı ərazisində yük maşını saxlanılıb və sürücü maşının arxa qapısına istiqamətlənib, oradan saat 01:49-da Mixeil Saakaşvili yük maşınının kabinəsinə sağ tərəfdən daxil olub.

Bununla M.Saakaşvili dövlət nəzarətindən yan keçməklə qanunsuz olaraq sürücünün köməyi ilə dövlət sərhədini keçib.

Qeyd olunan tarixdə saat 02:00-da M.Saakaşvili onun qarşılayan “Mercedes” markalı avtomobilə minib və öncə Abaşa rayonunun Tkviri kəndinə, daha sonra isə mikroavtobusla Lançxuti-Poti-Ozurgeti-Kobuleti yolu ilə Batumiyə yola düşüb.

Qeyd edək ki, qonşu ölkənin üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Xəbər 1443 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +