Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


23.09.2019  16:28 

“Nar”ın sponsorluğu ilə ən baxımlı intellektual yarış başladı





A+  A-

“Nar”ın baş sponsorluğ ilə ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 14-cü mövsümü start götürür. Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”, artıq 7 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. Bu mövsüm mübarizəyə ölkə üzrə 34 komanda qoşulacaq. Yarış hər həftənin bazar günü saat 20:00-də İctima Televiziyada yayımlanacaq. İlk oyun sentyabrın 22-si start götürəcək və yanvarın əvvəlinə qədər davam edəcək.
XəzərNews.az xəbər verir ki, “11 universitet və 15 region komandası da daxil olmaqla bütün komandaların bir məqsədi var. O da qalib gəlmək. İlk efirə çıxdığımız gündən verilişdə çox şey dəyişdi. Neçə yeni komanda yarandı, neçə güclü komanda dağıldı və hətta bu il studiyamız da dəyişdi. 7 ildə dəyişməyən Baş Sponsorumuz “Nar”a təşəkkür edirik!”, deyə “Breyn Rinq” yarışının aparıcısı DJ Fateh bildirib.

Qeyd edək ki, “Bilik” kuboku və “Nar” tərəfindən təsis edilmiş “Nar” kubokunun qalibləri Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edir. Bu mövsüm isə komandalar “Bilik” kuboku uğrunda mübarizə aparacaq. “Bilik” kubokunun qalibi ötən mövsüm “Nar” kubokunun qalibi olmuş “Nar” komandası ilə “Brain Ring 2019” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq.

Hər il olduğu kimi bu il də müsabiqə izləyiciləri üçün “Nar”-ın “Facebook” səhifəsində xüsusi müsabiqə keçiriləcək. “Breyn Rinq”-in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez cavab verən şəxs “Nar” tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılacaq.

Qeyd edək ki, “Nar” gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafını stimullaşdırmaq məqsədilə müxtəlif intellektual oyunları dəstəkləyir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 654 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +