Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


30.01.2019  20:41 

Azərbaycanda yarım milyondan çox insanın həyatı təhlükədədir





A+  A-

Hazırda Azərbaycanda əhalisi 500 min nəfərdən çox olan 344 yaşayış məntəqəsi və yüzlərlə təsərrüfat obyekti sürüşmə təhlükəsi altındadır.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

Alim bildirib ki, Azərbaycanda sürüşmələrin mütəmadi olaraq təkrarlandığı, əhaliyə və təsərrüfata güclü ziyan vurduğu rayon və şəhərlər İsmayıllı, Ağsu, Şamaxı, Quba, Qusar, Bakı və Mingəçevir daxildir. Bu ərazilərdə il ərzində düşən yağıntıların miqdarı 150-200 mm-dən 600-1000 mm-ə qədər, seysmiklik isə 8-9 bal təşkil edir. Hər il sürüşmə nəticəsində həmin ərazilərdə iqtisadiyyata 6-10 milyon manat həcmində ziyan dəyir.

N.Paşayev qeyd edib ki, sürüşmələrin vaxtaşırı təkrarlandığı, əhaliyə və təsərrüfata daha çox ziyan vurduğu rayonlara Xızı, Şabran, Siyəzən, Qobustan, Şahbuz, Culfa, Lerik, Yardımlı daxildir. Burda əhalisi 51,4 min nəfər olan 80 yaşayış məntəqəsi daim sürüşmə təhlükəsi altında fəaliyyət göstərir. Bu ərazilərə sürüşmələrdən il ərzind orta hesabla 4,5-6 milyon manat ziyan dəyir.

Alimin sözlərinə görə, Azərbaycanda sürüşmələrin 2-3 ildən bir təkrarlandığı, əhaliyə və təsərrüfat sisteminə çox ziyan vurduğu sürüşmə rayonuna Samux, Göygöl, Gədəbəy, Daşkəsən, Ordubad bölgələri daxildir: “Rayon ərazisində antropogen fəaliyyətin genişlənməsi ilə əlaqədar sürüşmələr də getdikcə areallarını genişləndirir. Burada hazırda əhalisi 39,3 min nəfər olan 37 yaşayış məntəqəsi sürüşmə təhlükəsi altındadır”.

N.Paşayev əlavə eib ki, Azərbaycanda sürüşmələrin 3-5 ildən bir təkrarlandığı, əhaliyə və təsərrüfat sisteminə orta dərəcədə ziyan vurduğu rayona Tovuz, Qazax, Lənkəran, Goranboy, Qəbələ, Şəki bölgələri daxildir. Bu rayonda hazırda 18 min nəfər əhalisi olan 25 yaşayış məntəqəsi sürüşmə riski altındadır.

Tədqiqatçı qeyd edib ki, sürüşmələrin 5-6 ildən bir təkrarlandığı, əhaliyə və təsərrüfat sisteminə az ziyan vurduğu rayona Astara, Masallı, Xaçmaz, Zaqatala, Balakən, Oğuz, Abşeron, Cəlilabad, Şərur və Kəngərli əraziləri daxildir. Hazırda bu ərazilərdə əhalisi 37,1 min nəfər olan 23 yaşayış məntəqəsində sürüşmə prosesi yayılıb.

N.Paşayev bildirib ki, Azərbaycanda sürüşmələrin 6-10 ildən bir təkrarlandığı, əhaliyə və təsərrüfat sisteminə çox ziyan vurduğu rayona Sədərək bölgəsi və Aran iqtisadi rayonun ərazisini kəsib keçən Kür və Araz çaylarının hövzələri aiddir.

Xəbər 1271 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +