İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.04.2018  10:46 

“Myshops“ bizi belə aldadır - ŞİKAYƏT





A+  A-

Bakı şəhəri, Nizami küçəsi 166 ünvanında “Myshops” adlı mobil telefonları mağazasından narazılıq var.
XəzərNews.az xəbər verir ki, bununla bağlı jurnalist Aytən Abdulova bildirib. Onun sözlərinə görə, həmin mağaza (internet unvani: myshops.ae) satdığı məhsullar üçün qəbz vermir: Kassa aparatları yoxdur. Qəbz bir tərəfə, alqı-satqıya dair heç bir qaimə də təqdim etmir. Sadəcə satdığı məhsulun üzərinə “Myshops” adlı möhür vurur, bir illik zəmanət talonu verir. Dünən aldığın telefonda “zavodskoy defekt” aşkarlanır səhəri gün məhsulu dəyişmək, yaxud geri qaytarmaq istəyəndə isə mağaza imtina edir. Həmin mağazada işləyənlər- satıcısından tutmuş müdirinə qədər hamısı bir ağızdan deyir ki, məhsulu geri qaytarmağa ixtiyarın yoxdur. Belə olan halda verdikləri 1 illik zəmanət də etibarsızlığını təsdiq etmiş olur. Alıcı olaraq hüququnu tələb etdikdə isə mağaza sahibi məhkəməyə verməklə hədələyir. Halbuki qanunvericilikdə alınan məhsulların nəzərdə tutulmuş qaydalara əsasən 14 gün ərzində geri qaytarılması nəzərdə tutulub. Amma “Myshops” adlı mağaza qanun-qayda tanımır, dəliyəm-güclüyəm misalı ilə davranır".

Mağazanın internet saytında göstərilən telefonlara edilən zənglər cavabsız qaldı. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Xəbər 2311 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +