İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.05.2017  16:54 

Bəylər Eyyubovun DİN-də yüksək vəzifə almış qohumu haqda - İLGİNC faktlar/ VİDEO





A+  A-

Bir neçə gün əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alan polis polkovniki Rövşən Eyyubovla bağlı maraqlı faktlar ortaya çıxıb.
Məlum olub ki, R. Eyyubov uzun müddət bu orqanda çalışaraq peşəkar polis olmaqla yanaşı, Azərbaycan musiqi sahəsində də kifayət qədər böyük uğurlara imza atmış şəxslərdəndir.

Belə ki, Rövşən Eyyubov 1993-94-cü illərdə fəaliyyət göstərən "Gəncə” qrupunun üzvlərindən olub. O, həmin dövrün bir çox məşhur mahnılarının həm müəllifi, həm də ifaçısıdır.

Həmin mahnılardan ən məşhuru söz və musiqisi Rövşən Eyyubovun özünə aid olan "Mənə niyə baxmırsan” adlı musiqidir. Bundan başqa o, "İtkin gəlinim”, "İlahə”, "Ayrılmaram”, "Gəncəm”, "Yalan”, "Gəl dedim”, "Ümidimi qopardılar”, "Gəl dedim”, "Ayrılmaram səndən” adlı mahnıları ifa edib. Bu mahnılardan bəziləri "Youtube”da da yerləşdirilib.



1992-95-ci illərdə tanınmış estrada ulduzu olan R. Eyyubov həm də toylarda da ifa edirmiş.

Sözügedən illərdə peşəkar musiqi ilə məşğul olan hazırki polis polkovniki daxili işlər orqanlarında işə düzəldikdən sonra, musiqi ilə həvəskar kimi məşğul olmağa başlayıb. O, indi də dost, qohum məclislərində ifa edir.

R. Eyyubov musiqi sahəsində fəaliyyətini həvəskar kimi davam etdirsə də, bir neçə il əvvəl çəkilən "Kaş ki, səni sevməyəydim” musiqili serialın ssenari müəllifliyini və bəstəkarlığını edib.



Məlumat üçün bildirək ki, Rövşən Eyyubov Azərbaycan Respublikası xüsusi dövlət mühafizə xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur. O, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmamışdan qabaq Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin əməkdaşı olub.





(bakipost.az)

Xəbər 3436 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +