Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


29.02.2024  09:21 

“Azərbaycanda devalvasiya qaçılmazdır, 3 pilləli...”





A+  A-

Son zamanlar Azərbaycanda xarici valyutaya ciddi tələbat artımı müşahidə olunur. Bir çoxları bunun mümkün devalvasiyanın siqnalı hesab edirlər.

Xəzərnews.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu mövzuyla bağlı iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində paylaşım edib:

“Yanvar ayında ölkədə valyuta ilə depozitlər 2023-cü ilin dekabrına görə xeyli artıb - yanvarda fiziki şəxslərin xarici valyutada depozitləri 284,4 milyon manat artaraq 4 milyard 555,6 milyon manata, hüquqi şəxslərin xarici valyutada depozitləri 542 milyon manat artaraq 9 milyard 548,9 milyon manata yüksəlib.

Bu ilin yanvarında milli valyutada depozitlər 381,1 milyon manat azalıb – yəni, insanlar manatda olan depozitlərini dollara dəyişməyə başlayıblar.

Başqa bir xəbər də var - 2024-cü ilin Yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə Azərbaycan banklarının xarici valyutada cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 315,2 milyon manat artaraq 4 milyard 682 milyon manata çatıb. 2024-cü ilin yanvar ayında bankların cəmi kredit portfelindəki artımın 82%-i xarici valyutada verilən kreditlər ilə bağlı olub.

Bundan başqa Mərkəzi Bankın keçirdiyi formal “hərraclarda” dollara tələbat da kəskin artıb - 2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 15 valyuta hərracında banklara cəmi 1 milyard 207,7 milyon dollar satılıb.

Bütün bu rəqəmlər onu göstərir ki, valyuta ilə bağlı gözləntilər artıb, ciddi ajiotaj, təlaş var – Mərkəzi Bank və hökumət isə bu gözləntiləri normal idarə edə bilmir.

Vətəndaşlar və bizneslə ciddi kommunikasiya problemi var – bu isə təlaşı artıran faktordur. Dünyada Mərkəzi Bankların əsas funksiyalarından biri də gözləntiləri idarə etmək, sözlü müdaxilələrlə proseslərə yön verməkdir – hələ ki, bizdə bu sahə axsayır.

Mənim fikrimcə (dəfələrlə publik açıqlamalarda da bunu demişəm), Azərbaycanda devalvasiya qaçılmazdır, sadəcə zaman məsələsidir. Açığı, bu il olacağına inanmıram, çünki ölkədə seçki sürəcləri var, amma gələn il ərzində hökumət bu addıma getməyə məcbur qalacaq. Hökumətin ən böyük günahı odur ki, heç vaxt öz səhvlərindən nəticə çıxarmır, 2015-ci il devalvasiyalarından sonra bu yazıq manata balaca “hovuz” düzəldib yavaş-yavaş “üzməyi” öyrətməli idilər – etmədilər, sadəcə inzibatı üsulla məzənnə siyasəti yürütdülər. İnzibati üsulla, əmrlə məzənnəni bir müddət sabit saxlamaq olur, bu daimi proses deyil, ola da bilməz, necə ki, 2005-2015-ci illər arası biz bunu gördük – 10 illik sabit məzənnə rejimi, sonra 3 pilləli devalvasiya.

2025-ci ildə növbəti 10 illik dövr başa çatır...”


Xəbər 1098 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +