“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


16.01.2024  21:05 

“Shell” Qırmızı dənizdə gəmilərinin hərəkətini dayandırıb





A+  A-

Böyük Britaniyanın neft-qaz şirkəti “Shell” Qırmızı dəniz vasitəsilə bütün daşımaları qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Xəzərnews.az “Report”a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazıb.

Məlumata görə, keçən ay “Shell” şirkətinə məxsus tanker pilotsuz uçuş aparatının hücumuna məruz qalıb və Qırmızı dənizdə husilər tərəfindən təqib edilib. Keçən həftə şirkət növbəti hücumların bölgədə böyük neft sızmasına səbəb və gəmi ekipajlarının təhlükəsizliyinə təhdid ola biləcəyi ilə bağlı bütün tranzit daşımaları dayandırmaq qərarına gəlib.

“Shell” məsələ ilə bağlı qəzetə şərh verməkdən imtina edib.

Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəməndəki husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və Fələstində əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər keçən il noyabrın ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.

Yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya silahlı qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin bir sıra şəhərlərində husilərin hədəflərinə hücum edib. ABŞ Prezidenti Co Bayden bildirib ki, zərbələr husilərin Qırmızı dənizdə misli görünməmiş hücumlarına cavabdır və müdafiə xarakteri daşıyır. Aviazərbələrin hədəfləri raketlərin və dronların yerləşdiyi yerlər, həmçinin husilərin radiolokasiya stansiyaları olub.

Xəbər 495 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +