“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


20.12.2023  16:00 

Adı ağır cinayətlərdə hallanırdı, 20 milyonluq tenderin qalibi oldu





A+  A-

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi "Epidbiomed” MMC (VÖEN - 1500338941) olub.

Xəzərnews.az xəbər verir ki, yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərin keçirilməsi məqsədilə 6 komponentli vaksinin satın alınması üçün Mərkəz MMC-yə 19 milyon 966 min 520 manat 40 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan "Epidbiomed” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Məmməd Əli Sabir oğludur.

Onu da qeyd edək ki, 2018-ci ildə Baş Prokurorluq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan bir sıra şirkətlərin vəzifəli şəxslərinin əməllərinin ifşa olunması ilə bağlı məlumat yayıb.

Prokurorluğun açıqladığı məlumatda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 20 milyonluq tender müsabiqəsinin qalibi olan "Epidbiomed” MMC-nin də adı yer almaqdadır.

Bildirilib ki, "Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyəri olanç19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal etmişlər.

Baş proqkurorluğun açıqlamasında həmçinin qeyd olunur ki, "Epidbiomed” MMC-nin rəhbərliyi barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, "Dövlət Satınalmaları Haqqında” Qanunun 6.2.6-cı maddəsində gösrərilir ki, tender müsabiqələrində iştirak edə bilmək üçün şirkətlərin satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması lazımdır./Yeniavaz.com

Xəbər 670 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +