“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


14.11.2023  09:00 

Növbəti kadr dəyişikliyi: Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinə rəhbər gətirilir?





A+  A-

Yaxın günlərdə hökumətdə növbəti kadr dəyişiklikləri ola bilər.

Xəzərnews.az xəbər verir ki, məlumatlı mənbədən Gununsəsi.info-ya verilən xəbərə görə, Elm və təhsil naziri Emin Əmrullayev nazir postundan kənarlaşdırılacaq. Onun Dövlət İmtahan Mərkəzinə (DİM) rəhbər gətiriləcəyi gözlənilir.

Mənbə bildirib ki, E.Əmrullayevin mühüm postdan uzaqlaşdırılması təhsil sektorundakı mövcud vəziyyətlə bağlıdır.

“Elm və təhsil sektoru büdcədən ən böyük vəsait alan istiqamətlərdən biri olsa da, effektiv nəticələr yoxdur. Orta təhsil yenə repetitorluğun ümidinə qalıb, məktəb direktorlarının təyinatındakı subyektiv amillər, mediaya sızan korrupsiya qalmaqalları, habelə ali təhsil sistemində göz dəyən uğurların olmaması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi siyasətin icra olunmadığını göstərir.

“Bununla yanaşı, E.Əmrullayevin cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusilə parlament üzvlərinə qarşı sayğısız münasibəti də ona qarşı inamsızlıq yaradır”, – deyə mənbə vurğulayıb.

Xatırladaq ki, noyabrın 1-də Gülüstan sarayında keçirilən Təhsil forumunda qalmaqal baş verib. Medianın yazdığına görə, Milli Məclisin Elm və Təhsil komitəsinin üzvləri tədbirə dəvət olunmaması ilə yanaşı, orada iştirak edən deputatlara qarşı hörmətsiz davranış onların forumu yarımçıq tərk etməsi ilə nəticələnmişdi.

Xəbər 473 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +