“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


25.08.2023  14:39 

DTX Zöhrab Paşayevi saxta sənədlə bağlı saxladı





A+  A-

Dövlət Təhlükəsizliyi Xidməti və Məhkəmə-Hüquq Şurası məhkəmələrin adından saxta sənədlər hazırlayan şəxsin saxlanılması ilə bağlı birgə məlumat yayıb.

XəzərNews.az xəbər verir ki, məlumatda deyilir:

"Vətəndaş S.Cabbarova tərəf olduğu mülki işlə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edərək, Zöhrab Lətif oğlu Paşayevin ona qarşı qanunsuz əməllərə yol verdiyini, məhkəmədə işinin həllinə köməklik göstərilməsi müqabilində ondan xeyli miqdarda pul vəsaiti aldığını, habelə həmin şəxsin ona Məhkəmə-Hüquq Şurasının və Bakı Apellyasiya Məhkəməsinin adından tərtib olunmuş məktublar verdiyini bildirmişdir. Göstərilən halların araşdırılması üçün vətəndaşın müvafiq müraciəti və təqdim etdiyi aidiyyəti sənədlər Məhkəmə-Hüquq Şurası Aparatı tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilib.

DTX-də aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (dələduzluq, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi) və 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlama) maddələri ilə məhkum edilmiş və məhkumluğu ödənilməmiş Zöhrab Paşayevin 2022-ci ilin noyabr ayından etibarən yenidən özünü vəzifəli şəxs kimi təqdim etməklə ayrı-ayrı vətəndaşlara məhkəmə işlərinin həllinə, adlarına əmlakların rəsmiləşdirilməsinə kömək edəcəyi barədə yalan vədlər verməsi, onların inamını qazanmaq məqsədilə xüsusi qaydada QR kodlar hazırlayıb yerləşdirməklə Məhkəmə-Hüquq Şurasının, məhkəmələrin və digər dövlət orqanlarının adından saxta sənədlər hazırlayıb təqdim etməsi və bununla da vətəndaşların pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Başlanılmış cinayət işi üzrə Zöhrab Paşayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

Bildiririk ki, bundan sonra da Məhkəmə-Hüquq Şurasının, məhkəmələrin, habelə hakimlərin adından istifadə edərək qanunsuz əməllərə yol verən şəxslər barəsində zəruri tədbirlər görüləcək.

Eyni zamanda, vətəndaşlara tövsiyə edilir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həmin fəaliyyətlə peşəkar qaydada məşğul olan şəxslərə və ya qurumlara müraciət etsinlər".

Xəbər 577 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +