İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.06.2023  14:22 

Ermənilərə qapı taybatay açıqdır, azərbaycanlılara yox...





A+  A-

Kadrlara baxırıq, ermənilər Laçın sərhəd-keçid və gömrük-buraxılış məntəqəsindən (quru yolla) paşa-paşa rahat keçib, qohum-əqrəbaları ilə görüşə gedə bilir, xeyrində-şərində iştirak edir. Həyatın, yaşayışın vacib elementlərindəndir də, etməsən humanist görünə bilmirsən.

Tamam da...

...Fəqət, nə bəladısa, nə zibilə keçmişiksə, burdan-bura azərbaycanlılar Borçalıda, Kaxeti və Msxeta-Mtianeti bölgələrindəki qohum-əqrəbasını yoluxa bilmirlər. Üç ildir nə zülm çəkirlər, bir Allah bilir. Niyə? Çünki quru sərhədləri bağlıdır.

Bunu bizimkilərlə Dağıstan Respublikası və Rusiya Federasiyasında qarşılıqlı simsar, qohum olanlara da aid etmək olar. Orda da bir ayrı müsibət yaşanır.

Bu da haqlı narazılıqlara səbəb, bəhanə yaradır.

İndi belə çıxır ki, ermənilər uzun illərdir yediyi qaba tüpürür, qan tökür, barışmır, cığallıq, həyasızlıq edir deyə, onlara bu şərait yaradılır? Bu nə ikili yanaşmadır? Bu nə absurddur? Adı nədir bunun?

Bu, səbəbi nə olur-olsun (düz-əməlli izahat verən də yoxdur) vətəndaşların Konstitusiya ilə yerdəyişmə azadlığının kobud şəkildə məhdudlaşdırılmasıdır. Başqa tərəfdən isə, daha eybəcər tablo çıxır ortaya, adam açıb-ağartmaq istəmir, dost var, düşmən var.

Kimsə də qalxıb bizə tühlükəsizlik nağılları, "qonşu xofu" aşılamasın. Hamısı ilə masada oturub paşa-paşa ağız-ağıza verə bilirlər. Bunun kimi avara və sərsəm iddia Azərbaycanın kəşfiyyat, sərhəd və güc strukturlarını ələ salmaqdan başqa bir şey deyil.
İddia edirsiz ki, işləyə bilmirlər, "proxodnoy dvor"a çeviriblər.

Sərhəd bağlıymış, sən demə, ordan terrorçu, casus sızacaqmış. Ay bərakallah! Qısa müddətli fövqəladə profilaktiki planda, bu, mümkündür. Daha 4 il yox da, Əfəndilər. Qurumlar işləmir, yatıb bəyəm?

Bu respublikanın saat kimi işləyən Sərhəd Xidməti var, təhlükəsizlik xidməti var, polisi var, nə işlə məşğuldur bu qurumlar ki, guya quru sərhədlərin bu qədər müddətə bağlı qalmasına təhlükəsizlik məsələləri səbəb olsun? Gülərlər e bizə.

Özünüzü ultra ağıllı, çoxbilmiş hesab etməyin, camaat çörəyi qulağına yemir.

Qonşularından dad deyən tək Azərbaycan deyil. Bu yandan da presedenti mənim papam Telman yox, özünüz yaratmısız axı: ermənilərə qapı taybatay açıqdır, azərbaycanlılara yox: Allah Allah, Allah Allaah!

Bu absurda son qoymaq lazımdır.

Sadəcə soruşuram: belə çıxır ki, Qarabağ və ona bitişik yaşayış məntəqələrində, ərazilərində Azərbaycan Respublikasının hamı üçün eyni olan qanunları sırf ermənilərin könül xoşluğu ilə işləyir? Qane olaq? Bunu demək istəyirsiz, "tovarişlər"?..

Mirzə Rəşad Bakuvi

Xəbər 1055 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +