“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


28.04.2023  17:34 

Azərbaycan XİN fransalı nazirə cavab verdi





A+  A-

"Aprelin 28-də Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın birgə mətbuat konfransında Fransa naziri tərəfindən səslənmiş əsassız iddialar qəbuledilməzdir".

XəzərNews.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa və Ermənistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı Fransa naziri tərəfindən səsləndirilmiş əsassız iddialara dair şərhində əksini tapıb.

Azərbaycanı Ermənistanın ərazilərinə müdaxilədə ittiham edən əsassız iddiaları səsləndirənlərə 30 il ərzində işğal və etnik təmizləmə siyasətini aparan tərəfin Ermənistan olduğunu xatırlatmaq istərdik. Əfsuslar olsun ki, özünü münaqişənin həll olunması istiqamətində "səy" göstərən tərəf kimi göstərən Fransa tərəfi 30 il ərzində bir dəfə belə olsun Ermənistanı apardığı qeyri-qanuni işğal siyasətinə görə qınamayıb.

Xatırladaq ki, Ermənistan tərəfi indiyə qədər hələ də Azərbaycan ərazisindən silahlı qüvvələrini tam olaraq çıxarmayıb, Azərbaycanın 8 kəndini işğaldan azad etməyib və hərbi-siyasi təxribatları davam etdirir.

Bununla yanaşı, Azərbaycanın daxili işi olan öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsinə qarşı müdaxilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ziddir. Yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək bu məntəqənin təsis edilməsinin yolun bağlanması kimi qiymətləndirilməsi də tamamilə yanlışdır.

Fransa tərəfinin qərəzli yanaşmalar sərgiləməsi əvəzinə, Ermənistanı razılaşmalardan irəli gələn öhdəliklərin yerinə yetirməsini təşviq etməsi və Azərbaycana qarşı təxribatlardan çəkindirməsi daha faydalı olardı.

Xəbər 446 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +