“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


17.04.2023  13:39 

AAYDA-da... - 2 mindən çox “adı var, özü yox” ştatı





A+  A-

Son günlər "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) fəaliyyəti barədə şikayətlər artmaqdadır. Şikayət xarakterli iddialarda bildirilir ki, hansı idarənin rəisi Agentliyin rəhbərliyinə yaxındırsa, həmin idarələrdə işçilərin maaş almaları ilə bağlı heç bir problem olmur, digər idarələrdə isə maaşlar vaxtlı-vaxtında verilmir. Şikayətçilərin sözlərinə görə, AAYDA-da, təxminən, 2 mindən çox "adı var, özü yox” ştatı "fəaliyyətdədir”. Yəni maaş yazılsa da, kadrın özü çalışdığı şöbənin qapısını tanımır.

Bəs ölkədə aparılan islahatlardan, qanunsuz əməllərə qarşı keçirilən əməliyyatlardan niyə bəzi qurumlar hələ də dərs çıxarmırlar?

Ağ Partiyanın sədri Tural Abbaslı məsələni belə şərh edib:

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyində baş verdiyini bilmirəm, amma ümumən bütün dövlət idarələri aşağı-yuxarı eynidir. Korrupsiyadan, həbslərdən dərs çıxarılsaydı, indiyə qədər rüşvət alınmazdı. Elə rayonlar var ki, keçmiş icra başçısı həbs olunub, onun ardınca gələn də eyni cinayət əməlinə davam edir, rüşvət alır... Heç kim heç nədən dərs çıxarası deyil. Yanaşma dəyişmədikcə, proseslərdə müxalifətin mövqeyi, təmsilçiliyi təmin olunmadıqca belə olacaq. Nədən qorxsunlar? Bu dəqiqə hakimiyyətdə vəzifədə olanların böyük əksəriyyətinin qohum-əqrəbaları hamısı böyü vəzifədədirlər və bir-birilərini himayə edirlər. Dərs çıxarılmır, çünki cəzasızlıq mühitini görürlər. Görürlər, Akif Çovdarov 11 il cəza alır, 5 il sonra azadlığa çıxır və 30 milyon pulu da özünə qaytarılır ki, halal puludur. Nədən qorxsunlar? Niyə qorxsunlar?”

Qeyd edək ki, Pravda.az səsləndirilən iddialarla bağlı AAYDA-ya sorğu göndərib, hələ ki, Agentlik tərəfindən mövqe bildirilməyib.


Xəbər 477 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +