“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


07.04.2023  18:13 

“İnsanlara artıq elektrik sərfiyyatı yazılır” - Deputat





A+  A-

“Zamanında bəzi qurumlarımızın “fəaliyyəti” nəticəsində həyata keçirilən bəzi məsələlər, layihələr elə vəziyyətlə üzləşdi ki, insanlar onların təkrarlanmasından qorxur. Hamımız “Barmek” və “Bayva”nı çox yaxşı xatırlayırıq”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.

“Həmin şirkətlər xeyli vəsait yığıb ölkədən getdi, amma heç bir investisiya qoymadı. Burada sual meydana çıxır ki, bu işə nəzarət edən qurumlar nəyə baxırdı, hara baxırdı? Axı onların vəzifəsi bu işləri tənzimləmək idi. Qurumlar bunun məsuliyyətini sonra daşıdılarmı? Əgər daşımadılarsa, kim cavab verə bilər ki, sabah eyni şeylər yaşanmayacaq? Bizim buna zəmanətimiz varmı? Qurumların maraq savaşının qurbanı insanlar oldu. Bəzi məmurların maraqlarının əziyyətini insanlar, dövlət çəkdi. Bizə zəmanət veriləcəkmi? Bu gün bölgələrdə onsuz da xeyli problemlərlə üzləşirik. Məlum olur ki, insanlara artıq elektrik sərfiyyatı yazılır. Əslində, bu islahatlar ciddi araşdırılmalı, tənzimləmə qaydaları dəqiq olmalı, insanlara bunun açıqlaması verilməlidir. Səhvlərimizi etiraf etməkdən çəkinməməliyik”, - deyə deputat əlavə edib.


Xəbər 649 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +