“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


05.02.2023  11:53 

“Türkmənçay müqaviləsi - bölünmüş Azərbaycan“ - Konfrans





A+  A-

Azərbaycan Bütövlük Platforması Türkmənçay müqaviləsinin ildönümü ilə bağlı "Türkmənçay müqaviləsi - bölünmüş Azərbaycan" mövzusunda elmi-nəzəri konfrans keçirib.

XəzərNews.az xəbər verir ki, millət vəkilləri, partiya sədrləri, alimlər və ictimai fəallarının iştirak etdiyi tədbiri giriş sözü ilə Azərbaycan Bütövlük Platformasının (ABP) sədri Bəhram İsmayıl açıb. Türkmənçay müqaviləsinin tariximizdəki faciəvi yeri haqqında danışan B.İsmayıl bildirib ki, ABP İdarə Heyətinin qərarı ilə bu həftə Türkmənçay həftəsi elan edilib və Platformanın bu mövzuda tədbirləri davam edəcək.

Tarixçi alim, professor Nəsib Nəsibli "Nədən bölündük? Niyə birləşə bilmirik?" mövzusunda geniş məruzə ilə çıxış edib. O, Türkmənçay müqaviləsinin bağlandığı tarixi şərait haqda danışaraq son iki yüz il ərzində baş verənləri təhlil edib.

AXP sədri Pənah Hüseyn bu günkü siyasi şərait və Azərbaycanın bütövləşməsinin geopolitik üstünlüyünü dəyərləndirib.

Milliyyətçi şair Rüstəm Behrudi Azərbaycanın bütövlüyünün Türk Dünyasının bütövlüyündə ən vacib məsələ olduğunu qeyd edib.

Daha sonra tarixçi alim, etnoqraf Ramazan Hüseynov və Gülşən Məmmədoğlu Türkmənçay müqaviləsinin tarixi səbəbləri və yaratdığı nəticələr haqda danışıblar.

"Kanal 13" internet televiziyasının aparıcısı Rüfət Muradlı Azərbaycan Respublikasının Güney Azərbaycana dəstəyinin yetərincə olmadığını qeyd edib.

Hərəkatçı Bünyamin Qəmbər, "Müharibə veteranı qadınlarına sosial yardım" İctimai Birliyinin sədri Radə Abbas, ABP İdarə Heyətinin üzvü Taleh Əliyev, "Qafqazmedia"nın rəhbəri Kamran Güllər, Təbrizli fəal Atilla Saxa çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.













Xəbər 645 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +