İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.01.2023  10:41 

Gecə ən seksual gecə paltarınızı geyinəndə...





A+  A-

Beləliklə, siz ərdəsiniz. Sevdiyiniz adama ərə getmisiniz. O dünyanın ən başa düşən, ən rahat, ən yaxşı adamıdır. Sizə problem yaratmır, qadağalar qoymur, söhbətiniz, zarafatlarınız alınır. Ortaq dostlarınız var. Baxırsınız ki, dünyanın ən ideal ailəsini qura bilmisiniz. Elə bilirsiniz ki, xoşbəxtsiniz…

Amma bir də baxacaqsınız ki…Dünən sevgili idiniz, bu gün arvad olmusunuz. Məişət, ev-eşik qayğıları, sıradan, gündəlik şeylər həyatınızı soldurub. Hisslərinizin təravətini, sevginizin həyəcanını, romantikanı qoruyub, saxlamağa çalışdıqca uduzur, məyus olur, bəzən gülməli vəziyyətə düşərsünüz.

Evə girən ərinizdən gül gözləyəcəksiz, amma onun əlində bir buzlu toyuq olacaq. Siz ondan öpüş gözləyəcəksiz, o sizdən yemək istəyəcək. Siz yeməkdən sonra onunla gününüzü, düşündüklərinizi bölüşmək istəyəcəksiz, o, kompyuterin qabağına tələsəcək.

Demək istədiklərinizi içinizə basdırıb, durub, qab yumalı olacaqsınız. Niyə belə oldu? – düşünəcəksiniz. Dünənə qədər sizi ən uyğunsuz yerlərdə, dotsların evində, məclislərdə bir gizli yer tapıb, öpməyə, qucaqlamağa, bəzən lap sevişməyə çalışan adam indi, baş-başa qaldığınızda sizi öpməyi, sevişməyi ancaq gecədən-gecəyə xatırlayır.

Nə açıq sinənizi görür, nə qəşəng daradığınız saçları. Qab yuya-yuya, ev yığışdıra-yığışdıra, yemək bişirə-bişirə bu sualları verəcəksiniz özünüzə.

Düşünəcəksiniz ki, kartof soyan qadın maraqlı ola bilməz. Qab yumağın fəlsəfəsi yoxdur. Ev yığışdırmaqda etiraz aksiyasına oxşayan heç nə olmur. Saçlarınıza hopan yağ-soğança qoxusunu dünyanın ən gözəl ətri də gizləyə bilməz.

Siz adiləşmisiniz, maraqlı deyilsiniz, vəssalam. Ərəb ədəbiyyatından xəbəriniz varsa, yaxud yunan mifologiyasından nəsə bilirsinizsə, ərinizi Piqmaliona oxşadacaqsız, özünüzü Qalateya kimi görəcəksiniz. Siz gözəl nimfadan ev süpürən arvada çevrilmisiniz… Heykəl Qalateyaya, gözəl Qalateyaya qab yuduzdurur və gözdən salır Piqmalionunuz…

Sonra mübarizə aparmaq istəyəcəksiz. Gözəl, seksual görünməyə çalışacaqsınız. Saçlarınızda, qaşlarınızda, geyiminzdə dəyişiklik edəcəksiniz. Ərinizin maraqla baxdığı aktrisalara, modellərə nə gördüyünü götür-qoy edəcək, onlar kimi olmağa cəhd edəcəksiniz.

Gecə ən seksual gecə paltarınızı geyinəndə, «acmışam, nə var yeməyə?» sualını eşidə bilərsiniz. Paltarınızı cırıb əyninizdən çıxarmaq, özünüzü parçalamaq istəyəcəksiz. Amma başa düşəcəksiz ki, günah nə onda, nə də sizdədir. Bunu, belə olmağı özünüz istədiniz.

Hələ vay o gündən ki, dünyaya uşaq gətirmək istəyəsiniz. Eviniz o gün yıxılacaq. Hamilə olduğunuzu bildiyiniz, xəbər verdiyiniz andan olan-qalan hisslər, həyəcan, ehtiras da bitəcək. O gündən etibarən ancaq qarnınızdan ibarət olacaqsınız. Saçlarınız, qollarınız, dodaqlarınız, döşləriniz, ayaqlarınız yoxa çıxacaq, unudulacaq.

Ancaq qarnınızdan öpüləcəksiniz, sığalların, sevginin hamısı qarnınıza ithaf olunacaq. Gecələr təkcə qarnınızı qucaqlayıb yatacaq, sürüşmüş yorğanınızla ancaq qarnınızı örtəcək…

Siz qadın olduğunuzu unudacaqsınız. Siz doğmağı həsrətlə gözlənilən inəkdən, qoyundan, camışdan seçilməyəcəksiniz. Hər dəfə sizə baxanda uşağın nə vaxt doğulacağını düşünəcək əriniz.

Qayğınıza ancaq uşağa görə qalacaq. Əlinizdən tutanda, yıxılmağınızdan qorxanda, ürəyiniz istəyən yeməyi alanda… hədəf daha siz deyilsiniz, o hələ doğulmamış varlığı sevir, onun qayğısına qalır, ona görə qorxur. Sizsə ancaq vasitəçisiniz…

Sevgili idiniz, məşuqə idiniz, qadın idiniz. Amma bu sizə bəs eləmədi. Subaylığınızın, təkliyinizin nisgilini ürəyinizə saldınız. Gecə yatağa sevgili kimi qoyduğunuz kürəyinizi səhər məşuqə kimi qaldırmaq içinizi göynədirdi. Əskik, natamam, yarımçıq hiss elədiniz özünüzü. Evli olmaq istədiniz, ərdə olmaq istədiniz.

Və indi, siz boşanan qadınları başa düşürsünüz. Dünyanın ən yaxşı, ən mehriban, ən problemsiz kişilərini tərk edən, təzədən təkliyi seçən qadınları başa düşürsünüz. Qadın niyə boşanır? – bilirsiniz. Ən yaxşı ailələr niyə dağılır, bilirsiniz.

Günel Mövlud

Xəbər 772 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +