İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.11.2022  12:44 

“Güney Azərbaycanla bağlı planımız olmalıdır“





A+  A-

"İran növbəti ildən daxildə silahlı qarşıdurmaya cəlb edilə bilər".

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Məhəmməd Əsədullazdə verib.

Politoloq qeyd edib ki, İranda davam edən etiraz aksiyalarının növbəti mərhələdə silahlı qarşıdurmaya keçəcəyi istisna deyil:

"Tehran rejimi davam edən etiraz aksiyalarının qarşısını almaq üçün istənilən gücü tətbiq edərsə də müsbət nəticə verməsi gözlənilmir. İranda rejimin dəyişdirilməsi yeni geosiyasi nizamın tələbidir. Rusiyanın Ukraynada zəiflədilməsi və beynəlxalq güc iddialarından geri addım atması üçün strateji planın tərkib hissəsidir.
İran Yaxın Şərqdə sabitsizliyin davam etməsində, regionda proiksi müharibənin aparılmasının bədəlini ödəyəcək. İsrail, ABŞ və Böyük Britaniya İran daxilində etirazların silahlı qarşıdurmaya çevrilməsi və nəticədə rejimin devrilməsi istiqamətində prosesləri aparacaq. İrana qarşı preventiv hərbi zərbələr mümkündür. İsrailin İranin hərbi obyektlərinə hava əməliyyatları keçirməsi üçün ilk növbədə ABŞ razılığı lazımdır. İsraillə ABŞ arasında intensiv danışıqlar gedir".

M.Əsədullazdə əlavə edib ki, İran artıq Qərbin hədəfindədir və rejimin dəyişdirilməsi bir nömrəli strateji prioritetdi:

"Əgər, İran daxilində silahlı qarşıdurma və bu ölkəyə qarşı hava əməliyyatları reallaşarsa, Güney Azərbaycanla bağlı planımız olmalıdır. Qərb İranın parçalanmasına deyil, rejimin devrilməsini hədəfləyib. İranı federallaşdirilmasi da planda yer alır. Burada Güney Azərbaycan üçün müsbət və risklər dəyərləndirilməli, ona uyğun olaraq idarə edilməlidir. Növbəti ildən İran açıq hədəfdə olacaq. İsraillə Azərbaycan arasında hərbi müstəvidə ciddi yaxinlaşma var. Çünki İran Azərbaycanı hədəf seçib. Və müdafiə imkanlarımızı yüksək səviyyədə saxlanılmalıdır".

Onun sözlərinə gör, İran daxilində kürd və belluclar vasitəsilə silahlı qarşıdurmaya gedilə bilər, hətta Taliban Əfqanıstani İranın sərhədləri daxilinə hücumu mümkündür.


Xəbər 459 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +