“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


26.09.2022  23:19 

Futbolumuzda gözlənilən bir qətlin tarixçəsi





A+  A-

Yəqin ki, bir çoxlarınız Markesin “Gözlənilən bir qətlin tarixçəsi” romanını oxumusunuz. Gənc Anxelanın bakirəliyi naməlum şəxs tərəfindən pozulur. Pablo və Pedro qardaşları bunun Santyaqo Nasar tərəfindən törədildiyini zənn edir və əllərinə bıçaq alaraq onu axtarırlar. Bütün əsər boyu hər kəs qətlin qarşısını almaq əvəzinə baş verəcək qətl barədə danışır və qardaşları yavaş-yavaş həmin qətlə doğru aparırlar. Sonunda bədbəxt Santyaqo qardaşlar tərəfindən doğram-doğram edilir.

Hazırda Azərbaycan futbolundakı vəziyyət dahi yazıçının bu romanını xatırladır. Anxela Azərbaycan futboludur, ona kimsə nəvaziş göstərib. Pablo və Pedro qardaşları isə Qurban Qurbanov və onun komandasıdır. Bu komandaya tırka verib onu Santyaqo Nasarla üz-üzə qoyan da bir qrup jurnalistlərimizdir. Aradakı nifaqı dərinləşdirərək Qurban Qurbanovu Santyaqo Nasarın qətlinə doğru itələyirlər.

Deməli, bu gün milli komandanı Millətlər Liqasındakı çıxışı ilə bağlı sosial şəbəkələrdəki şərhlərə baxıram. Bir qrup jurnalist nəticəni tənqid edir, baş məşqçi De Byazinin getməsinə eyham vurur. Lap yaxşı, bu onların bir jurnalist kimi haqlarıdır.

Amma, niyə məsələyə Qurban Qurbanov prizmasından qiymət verirlər?

Dəyərli jurnalist Aydıin Bağırov yazır ki, “Qurban Qurbanovun dövründə milli ikinci yeri tutmuşdu, bu uğursuzluq hesab olunurdu və eyni münasibət də De Byaziyə sərgilənməlidir”.

Niyə, futboldakı məsələlərdə Qurbanova münasibəti ölçü vahidi etməliyik?

Niyə, Pedro və Pablo qardaşlarını Santyaqo Nasarla üz-üzə qoymalıyıq ki?

Ataş Sultanov

Xəbər 5487 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +