“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


29.05.2022  16:16 

Ərdoğan Azərbaycana səfərindən danışdı





A+  A-

"Səfərim zamanı cənab Əliyevlə mükəmməl səviyyədə olan ikitərəfli əlaqələrimizi və Qarabağ zəfərindən sonra bölgəmizdəki vəziyyəti nəzərdən keçirdik”.

XəzərNews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Heyətimdəki nazir dostlarım da həmkarları ilə önümüzdəki dönəmə dair əməkdaşlığımızı gücləndirəcək məhsuldar görüşlər keçirdilər.

Qarabağın nəqliyyat bağlantılarının qurulması, şəhərləşməsi və istehsal dünyası ilə yenidən bütövləşməsi yolunda dəstəklərimiz davam edəcək.

Əkin ərazilərinin bərpası üçün əlaqədar qurumlarımız, şirkətlərimizlə birgə azərbaycanlı həmkarları ilə birgə fəaliyyətlərini davam etdirəcəklər.

Beləcə, azərbaycanlı qardaşlarımızın illərlə həsrətini çəkdikləri ata yurdlarına bir an öncə qovuşmalarına töhfə verəcəyik”, - Ərdoğan qeyd edib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu möhtəşəm zəfər ortaq coğrafiyamızda davamlı sülh və əhatəli normallaşmanın önündəki əngəlləri qaldırıb:

"Bu tarixi fürsətin boş yerə sərf edilməməsinin zəruriliyinə inanırıq. Azərbaycan və Ermənistanın aralarındakı məsələləri birbaşa həll etmək istiqamətində atdıqları addımlardan məmnunluq duyuruq.

Türkiyə olaraq tərəflərin sərhəd məsələlərini həll etmə, sülh sazişi imzalama, nəqliyyat dəhlizlərini açma cəhdlərini dəstəkləyirik. Bu çalışmaların müvəffəqiyyətlə başa çatması hamımızın, bütün bölgənin xeyrinədir.

Sərhəd komissiyalarının ilk iclasını 24 mayda keçirməsi və Zəngəzur dəhlizi məsələsində irəliləyiş əldə edilməsini xüsusən məmuniyyətlə qarşılayırıq. Biz də Ermənistanla əlaqələrimiz normallaşdırma prosesini səmimi şəkildə davam etdiririk”.

Xəbər 1385 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +