“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


23.05.2022  19:48 

Ermənistanla sərhədlə bağlı komissiya yaradıldı - Sərəncam





A+  A-

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

XəzərNews.az xəbər verir ki, sənədə əsasən, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılıb:

Komissiyanın sədri

Şahin Mustafayev – Baş nazirin müavini

Komissiyanın üzvləri

Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini

Xarici işlər nazirinin müavini

Daxili işlər nazirinin müavini

Ekologiya və təbii sərvətlər nazirinin müavini

Ədliyyə nazirinin müavini

Kənd təsərrüfatı nazirinin müavini

Müdafiə nazirinin müavini

Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini

Dövlət Sərhəd Xidməti rəisinin müavini

Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri

Qazax Rayon İcra Hakimiyyətinin başçısı

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı

Laçın Rayon İcra Hakimiyyətinin başçısı

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.

Nazirlər Kabineti Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər 5757 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +