Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


21.04.2022  20:59 

BNA -da qanun pozuntuları - Kimdir günahkar?





A+  A-

“Açıqlanan rəqəmlər Bakı şəhərində ictimai nəqliyyatın, xüsusən də dövlət hesabına təşkil olunmuş “BakuBus” tərəfindən həyata keçirilən ictimai nəqliyyat xidmətlərinin təşkilində, onların idarə olunmasında, iqtisadi tərəflərində çox ciddi problemlərin olduğunu göstərir”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov BNA-ın qanun pozuntuları ilə bağlı danışarkən deyib.

O bildirib ki, Bakıda və ölkəmizin digər iri şəhərlərində yol-nəqliyyat problemlərinin, xüsusilə, tıxacların, əhalinin zəruri mobilliyinin təmin olunmasını həll etmək kimi bir zərurətin olduğu zamanda BNA -da qanun pozuntuları ilə bağlı açıqlanan rəqəmlər təəssüf doğurur:

“2015-ci ildən bu yana “BakuBus”a və onun idarə olunmasına, avtobus bazasının yaradılmasına 1 milyarda yaxın vəsait xərclənib. Bu o deməkdir ki, “BakuBus”a ayrılan milyardlarla vəsaitdən səmərəli istifadə olunmayıb və çox az işlər görülüb. Digər bir məlumatı da deyim ki, “BakuBus”ın marşrutları Bakı şəhərinin ən gəlirli marşrutlarıdır. Həmin gəlirli marşrutlar istismar edildiyi şəraitdə belə bu cür mənzərə yaranıbsa, deməli, idarəetmədə özəl daşıyıcılara çox ciddi zərbə dəyib”.



Ə.Hüseynov şəffaflığı təmin etmək üçün dövlətin qurduğu biznesin özəl sahibkarlara verilməli olduğunu vurğulayıb:

“Bir tərəfdən Bakıda çox ciddi avtobus çatışmazlığı var, marşrut şəbəkələri ya azdır, ya da səmərəli deyil, yüz minlərlə Bakı sakininin ictimai nəqliyyata normal əlçatımlılığı yoxdur. Digər tərəfdən rəqəmlər açıqlanır ki, yüzlərlə avtobus qarajda qalıb, istismar olunmayıb. Yaxud həmin avtobuslar baha qiymətə alınsa da, sonradan yaranmış texniki problemlər aradan qaldırılmayıb. Nəticədə boş dayanmalar, hətta bəzi avtobusların detalalarının sökülüb, digər avtobusların yığılması hesabına nə isə etmək üçün cəhd olub. Bu, dövlət biznesinin idarə olunmasındakı yanlışlıqlardan biri deməkdir. Burada şəffaflığı təmin etmək üçün ən yaxşı variantlardan biri, dövlətin qurduğu biznesin özəl sahibkarlara verilməsidir”.

Hüquqşünas qeyd edib ki, “BakuBus”ın həm avtobus bazasında, həm maliyyə işlərinin idarə olunmasında çox ciddi qüsurların mövcud olduğu görsənir:

“Əslində, dövlət vəsaitlərini səmərəli istifadə etmək üçün daha uyğun, əlverişli qiymətə, müasir standartlara cavab verən başqa avtobuslar alına bilərdi. O zaman vəsaitlərin səmərəli xərclənməsi daha ciddi olardı. Açıqlanan məlumatdan belə çıxır ki, “BakuBus” həmin avtobusların lazımı vəziyyətdə saxlanmasını həyata keçirə bilməyib. Orada belə bir rəqəm də açıqlanır ki, lazım olandan daha çox avtobus alınıb. Məlumatın o hissəsi ilə razı deyiləm. Məsələ belədir ki, Bakıya indi mövcud olandan daha çox avtobus lazımdır. Sadəcə onları səmərəli yerləşdirmək gərəkir. Əsasən də onları özəl sahibkarlara müəyyən şərtlərlə vermək lazımdır. Həm orada dövlət heç nə itirmir, sahibkar tədricən o pulları geri qaytarır, həm də özəl sahibkar öz riskləri hesabına onu daha səmərəli idarə edir. Məsələn, şişirdilmiş qiymətə ehtiyat hissələri almır, bahalı servis xidmətləri həyata keçirmir. Bu üsulla həmin avtobusları necə lazımdır yerləşdirmək olardı. Hər halda göstərilənlər, Bakıda ictimai nəqliyyatın təşkili, idarə edilməsi, xüsusilə onun iqtisadi tərəfləri ilə bağlı çox ciddi qüsurlardan xəbər verir”.

Xəbər 1291 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +