“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


30.03.2022  22:27 

“Ac-yalavac nə qədər yad ölkədə çöllərdə qalacaqlar, aşağılanacaqlar!“ - Fotolar





A+  A-

"İndicə Mahaçqalada qiyabi təhsil alan bir tələbə zəng etmişdi. Hönkür-hönkür ağlayırdı. 40 gündür universitetdə dərs üçün gedib, indi geri dönməyə yol yoxdur. Deyir hökumətimiz öz ölkəmizə quru sərhədimiz bağlı olduğuna görə buraxmır. Ümidimiz sizədir, yuxarılara vəziyyətimizi çatdırın".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib.

F.Mustafa bildirib ki, minlərlə bu cür acınacaqlı durumda qalan Azərbaycan vətəndaşı var Dərbənddə, Mahaçqalada, Gürcüstanda...

"Kimə başa salasan, kimə anladasan. Səfirliyimiz problemi çözməyə acizdir. Ay məmurlar, cəhənnəm olsun pandemiya, zillət içində qalan odun deyil e, Azərbaycan vətəndaşıdır! Təcili açın qapıları öz Vətənlərinə dönsünlər. Təminat verirəm, heç bir xəstəlik-filan artmayacaq. Ac-yalavac nə qədər yad ölkədə çöllərdə qalacaqlar, aşağılanacaqlar! Mediadakı dostlarımızdan xahiş edirəm, bu çağırışı yayın ki, bəlkə təsiri ola" - deyə deputat həyəcan təbili çalıb.

Xatırladaq ki, XəzərNews.az bu problemi bir neçə gün əvvəl qaldırmışdı. Ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://xezernews.az/?name=xeber&news_id=82861







Xəbər 1533 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +