“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


06.03.2022  10:48 

Görüş baş tutacaqmı?





A+  A-

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Ərdoğanla telefon söhbətində Vladimir Putinlə görüşməyə razılıq verib. Zelenski Putinlə Ankara və ya İstanbul şəhərində danışıqlara hazır olduğunu deyib.

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Rəcəb Tayyib Ərdoğanın Zelenskinin görüş niyyətini Rusiya liderinin diqqətinə çatdırdığını bildirib.

Putinin buna nə kimi reaksiya verdiyi hələlik məlum deyil. Ancaq bu görüş Putinin də marağındadır. Çünki Putinin 3 gün müddətinə nəzərdə tutulmuş Ukraynaya qarşı "ildırım sürətli" (blitskriq) müharibə planı artıq iflasa uğramaqdadır.

10-cu günə keçən "tısbağa sürətli" bu müharibə Ukrayna ilə bərabər Rusiyanın özü üçün də dağıdıcı müharibəyə çevrilməkdədir. Ona görə də Putin Türkiyədə üçtərəfli görüş ideyasını müsbət dəyərləndirməyə meyllidir.

Ərdoğanın vasitəçiliyi isə tərəflərin hər ikisi üçün də ən optimal variant hesab oluna bilər. Çünki bu saat nə Bayden, nə Makron, nədəki Boris Conson iki ən qatı düşməni - Putinlə Zelenskini bir araya gətirmək iqtidarında deyil.

Məlumata görə, Ukraynanın dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanla söhbətində Vladimir Putinlə Türkiyədə danışıqlara razılıq verib. Zelenskinin Rusiya lideri ilə görüşü Ankara və ya İstanbul şəhərlərində baş tuta bilər.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra sülhün bərqərar olmasına kömək etməyə çalışır. Sabah - martın 6-da Ərdoğan Putinlə telefon danışığı aparacaq. Danışıqlarda Putinin Zelenski ilə görüşü müzakirə ediləcək.

Bəybala Mirzəyev

Xəbər 1210 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +