“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


17.02.2022  09:50 

Bakıda marixuanalı içki satılır - VİDEO





A+  A-

Paytaxt mağazalarının birində üzərində narkotik vasitə olan marixuananın şəkili olan içki satılır. Hətta içkinin üzərində tərkibini bildiriən etiketdə də vitaminlərlə bərabər tərkibində xaşxaş bitkisinin olunduğu qeyd olunub.

Bəs içkinin satışa bu şəkildə çıxarılması düzgündürmü?

XəzərNews.az "xəzərxəbər"ə istinadən bildirir ki, görüntülər paytaxtdakı marketlərdən birində lentə alıb. Həmin marketdən bu içkini alan bir şəxs bununla bağlı televiziyamıza etdiyi müraciət əsasında biz də məsələni araşdırmaq üçün elə həmin marketə üz tutduq.

Qiyməti 3 manat 89 qəpiyə satılan, alman istehsalı olan bu içikinin üzərində tərkibini bildiriən etiketdə də vitaminlərlə bərabər tərkibində xaşxaş bitkisinin olunduğu qeyd olunub.

Mağaza rəhbərliyindən məhz üzərində narkotiki təbliğ edən içkinin açıq satışı ilə ilə bağlı mövqe öyrənməyə çalışdıq. Mağazadan bildirildi ki, içki dövlət qurumlarından alınan rəsmi sənədlər əsasında satışa çıxarılıb.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, məsələ dövlət qurumu tərəfindən qeydiyyata alınıb və bununla bağlı araşdırma aparılacaq.

Qida ekpertləri isə bildirir ki, məhsulun üzərində açıq şəkildə "xaş xaş" bitkisinin olması onu tərkibində bu maddədən istifadə olunduğunu göstərir. Bu isə istehlakçılarının hüququnu pozmur. Amma burda olan incə detal bu maddənin həmin məhsulun tərkibində hansı formada və hansı ölçüdə istifadə olunmasıdır.

Ekspert Fuad Ağayev bildirib ki, əgər müayinə zamanı həmin maddənin ölçüsü 0,3 faizdən çox olarsa bu bir başa həmin standartların pozulması və bu məhsulun psixostimulyatora aid olduğunu göstərəcək. Yox əgər tərkibdəki xaş xaşın miqdarı 0,3 faizdən aşağı olarsa bu sadəcə qida əlavəsi sinifinə aid olur və istifadəsində heç bir qadağa yoxdur. hətta bir çox ölkələrdə spirtli içkilərdən tutmuş digər qida tərkiblərində də yağ formasında xaşxaşdan istifadə olunur.

Hüquqşünaslar isə bildirirlər ki, ölkə daxilində narkotik vasitələrin satışı və dövriyyəsi qanunla qadağandır. Bu içkinin üzərində narkotik tərkibli bitkinin açıq şəkildə reklam olunması qanunla qadağandır və bunu edənlər məsuliyyət daşıyırlar.



Xəbər 1154 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +