Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


17.12.2021  19:00 

Bu müəllimlərin orta aylıq maaşı 1200-1250 manat olacaq





A+  A-

Azərbaycan təhsil sistemində 255 min nəfər çalışır.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşkil edilən canlı yayımda deyib.

O bildirib ki, bu əməkdaşların hamısı təhsilverən deyil:

“Onların bəziləri idarəedici heyətdir, bəziləri isə texniki və digər sahələrdə işləyirlər.

Diqqət yetirsək, görərik ki,m müəllimlərimiz iki qrupa bölünür. Dövlət ümumtəhsil müəssisələrimizdə təxminən 150 minə yaxın müəllim çalışır. Bunların təxminən 82 faizi ali təhsillidir.

Bu gün onların orta aylıq vəzifə maaşları 564 manatdır. Bu maaş müəllimlərin pedaqoji stajlarından asılı olaraq dəyişir. Üç ildən 18 ilədək fərqli staj məbləğləri mövcuddur.

Artımla müəllimlərin orta aylıq maaşı təxminən 674 manat təşkil edəcək. Bu, bir stavka – 18 saat dərs yükü üçün nəzərdə tutulmuş maaşdır. Bakıda bu dərs yükü təxminən 22 saatdır, onda ali təhsilli müəllimlərimizin orta aylıq maaşı təxminən 823 manat təşkil edəcək”.

O qeyd edib ki, bir sıra müəllimlərin vəzifə maaşları daha da əhəmiyyətli dərəcədə artacaq:

“Bu, ona görədir ki, bu şəxslərin vəzifə maaşlarının üzərinə əlavələr gəlinir. Maaşlarında əhəmiyyətli artım olan şəxslər xüsusən lisey və gimnaziyalarda çalışan müəllimlərdir.

Onların sayı təxminən 5,2 min nəfərdir. Onların maaşlarına 15 faiz əlavə edilir. Əgər 15 faiz əlavəni də nəzərə alsaq, bunların vəzifə maaşları əhəmiyyətli dərəcədə artacaq.

Eyni zamanda xüsusi təhsil müəssisələri var, burada çalışanların sayı təxminən 1400 nəfərdir. Onların vəzifə maaşına 50 faiz əlavə mövcuddur. Toplam olaraq ali təhsilli bu şəxsləri götürsək, lisey və gimnaziyada çalışan müəllimlərimizin orta aylıq maaşı 950-1000 manat civarında olacaq.

Xüsusi təhsil müəssisələrində çalışan müəllimlərimizin orta aylıq maaşı isə 1200-1250 manat təşkil edəcək”.

Xəbər 1274 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +