İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.09.2021  20:09 

Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov DTX-ya köçürülüb?





A+  A-

Vəkil: “Həbsdə olan şəxsi nə vaxt və hara istəsələr apara bilməzlər”

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasına köçürülüb. Bu barədə Meydan TV-yə onun indiyədək saxlandığı Bakı İstintaq Təcridxanasındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, onlara Yunis Səfərovun DTX-da araşdırılan və başqa şəxslərə aid cinayət işi ilə əlaqədar köçürüldüyünü bildiriblər.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Yunis Səfərovun köçürülməsi barədə suala konkret cavab verilməyib. Şöbənin rəisi Mehman Sadıqov Meydan TV-yə bildirib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərin yeri, hara köçürülməsi kimi məsələlər haqda yalnız onların ailə üzvlərinə məlumat verilə bilər.

Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev də bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin nə vaxt və hara köçürülməsi barədə ona məlumat verilməyib. Vəkilin sözlərinə görə, bu da qanun pozuntusudur. Çünki Cinayət Prosessual Məcəllədə həbsdə olan şəxsin yerdəyişməsi barədə onun ailə üzvlərinə, vəkilinə məlumat vermək hüququ əksini tapıb: “Həbsdə olan şəxsi nə vaxt və hara istəsələr apara bilməzlər. Bu cür köçürmələr mütləq rəsmi qərarla olmalıdır. Yunis Səfərovun vəkili kimi mənə onun köçürülməsi barədə məlumat verilməyib. Şəxsi mənbələr hesabına onun DTX-ya aparılması və bu qurumun istintaq təcridxanasında saxlanması barədə məlumat əldə etmişik. Lakin köçürülmənin detalları, niyə DTX-ya aparılması barədə bizə heç bir məlumat verilməyib”.

2018-ci il iyulun 3-də odlu silahla Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova xəsarət yetirən Yunis Səfərov bu ilin avqustunda ömürlük azadlıqdan məhrum edilib. İttihamda iddia olunur ki, Yunis Səfərov ölkədə dövlət çevrilişi etmək, dini dövlət qurmaq məqsədilə bu terror aktını törədib.

Yunis Səfərov isə bu ittihamı rədd edir. O bildirib ki, Elmar Vəliyevi əhaliyə zülm elədiyinə, vətəndaşların hüquqlarını pozduğuna və bu qəbildən olan şikayətlərə yuxarı dövlət orqanları baxıb tədbir görmədiyinə görə öldürmək istəyib.

Xəbər 2351 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +