“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


13.09.2021  09:47 

Gorus-Qafan yolundakı polis postundan - Video





A+  A-

İrandan Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının nəzarət etdiyi əraziyə qanunsuz yüklərin daşınmasının qarşısının alınması ilə bağlı polisin qurduğu postdan videogörüntülər yayılıb.
XəzərNews.az xəbər verir ki, görüntülərdə artıq Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşlarının Gorus-Qafan yolu üzərində qurulan postda xidmət etdiyi məlum olur. Həmin postda beton lövhələrlə ziqzaqvari maneələr yaradılıb. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.

Məlumata görə, maşınların daşıdığı yüklər yoxlanıldıqdan sonra onların hərəkətinə icazə verilir. İçərisində qadağan olunmuş yüklər olan avtomobillər geri qaytarılır.

Qeyd edək ki, son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı.

Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.



Xəbər 2415 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +